Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhvalımızı yüksəldən qidalar
Tarix: 21-11-2016 | Saat: 19:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Əhvalımızı yüksəldən qidalar

Payız mövsümü ilə əlaqədar çətin və depressiv günlər yaşayırsınızsa, qidalanmağınıza fikir verməklə bundan tez bir zamanda xilas ola bilərsiniz.
"Xəbəraz.az " əhvalınızı yüksəldəcək qidaların siyahısını təqdim edir:

Yaşıl bitkilər

İspanaq, Brüssel kələmi kimi qidalar depressiya simptomlarının azalmasına səbəb olar. Çünki sözügedən bitkilərin tərkibində fol turşusu və B vitaminləri var. Bunlar isə birbaşa əhvalı yüksəldən qidalardır.


Balıq

Balıq beynin və ürək-damar sisteminin inkişafına yol açır. Bundan başqa balığın tərkibində olan yağ əhvalın yüksəlməsinə təsir göstərir. Qızıl balıq bu baxımdan daha faydalıdır.

Meyvələr

Portağalda olan B6 vitamini bu meyvəni daha da dəyərli edir. Çünki araşdırmalar portağalın əhvalı müsbətə köklədiyini sübut olunub.

Zəfəran

Əhvala müsbət təsir edən amillərdən biri də zəfərandır. Bu qiymətli ədviyyat yeməklərə qatılaraq da istifadə oluna bilər.

Şokolad

Şokolad zərərli hesab edilən narkotik maddədən alacağınız həzz qədər sizə yüksək əhval-ruhiyyə bəxş edə bilər. Əgər özünü yorğun hiss edirsinizsə, şokolad yeyərək bundan azad ola bilərsiniz. Digər maddələrlə yanaşı şokoladın tərkibindəki kofein də əhvalınıza müsbət təsir göstərəcək.

Faydalı karbohidratlar

Mütəxəssislər günorta saat 15:00-17:00 arası 120 kaloridən çox olmayaraq 25-30 qrama qədər karbohidratli yeməklərdən istifadə etməyi məsləhət görür. Amma bu zaman diqqətli olmaq lazımdır. Çünki bu, şəkər xəstələrinə məsləhət görülmür.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___