Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən unikal kəndi: burada hamı milyonçudur - FOTO
Tarix: 21-11-2016 | Saat: 17:40
Bölmə:Karusel / Dünya / Maraqlı / Foto-fakt | çapa göndər

Dünyanın ən unikal kəndi: burada hamı milyonçudur - FOTO


Çinin Szyansu vilayətində, Şanxay şəhərindən təxminən iki saatlıq yolda Huasi adlı kənd var. Çinlilər bu kəndi "Səmaaltı İmperiyanın 1 nömrəli kəndi" adlandırırlar.

Kənd gerçəkdən də qeyri-adidir, unikaldır.

"Xəbəraz.az " bildirir ki, Huasi sakinlərinin hamısı iki və üçmərtəbəli villalarda yaşayırlar. İstisnasız olaraq hər ailə Mercedes və ya BMW avtomobillərinə malikdir.

Və kənd sakinlərinin hamısının (!) bank hesablarında ən azı 50-60 milyon dollar var.

Kurorta, yaxud da kiçik şəhərə bənzəyən kənddə onlarla müasir fabrik, zavod var.

Kənddə sakinlər üçün səhiyyə və təhsil pulsuzdur. Ərzaq Çinin bütün yerləri ilə müqayisədə 2-3 dəfə ucuzdur.

Kəndin mərkəzində üç göydələn var ki, onların ən yüksəyi, "Soarin" 328 metr hündürlükdədir.

72 mərtəbəli göydələnin 60-cı mərtəbəsində Huasinin simvolu olan buğanın saf qızıldan heykəli var.

"Soarin"də beşulduzlu "Long Wish International Hotel", habelə Asiyanın ən böyük otellərindən biri də yerləşib.

Kəndin uğurunun, inkişafının banisi U Jenbaodur.

1960-cı illərdə Çin Kommunist Partiyasınıın kənddəki özəyinə sədr seçilən U Jenbao alternativ inkişaf yolunu seçdi. O, kəndin ənənəvi aqrar təsərrüfatçılıqla varlanmasının çox çətin olduğunu anladığından sənaye inkişafı yolunu seçdi.

İndi Huasidə metallurgiya, elektronika, toxuculuq və s. sahələrdə fəaliyyət göstərən 83 müəssisə var. Yerli istehsal olan mallar 67 ölkəyə ixrac edilir.

86 yaşı U Jinbao indi təqaüddədir, istirahət edir.

Kənd sakinlərinin hamısı "Huasi kəndi" səhmdar cəmiyyətinin səhmdarlarıdır. Cəmiyyətin prezidenti isə qoca U Jenbaonun kiçik oğlu U Seyendir.

Huasinin sakinləri həftədə 7 gün çalışırlar və aylıq maaşları da orta hesabla 300 dollardır. Amma hər ilin sonunda kəndin əldə etdiyi toplam gəlirin 30 faizi bütün sakinlər arasında bərabər bölünür. Hətta uşaqlar da hesaba alınırlar.

Əvvəllər vur-tut 1500 sakini olmuş Huasi indi ətrafdakı 25 kəndi də udduğundan, "Böyük Huasi"də 64 min nəfər yaşayır.

Dünyanın ən unikal kəndi: burada hamı milyonçudur - FOTO
Dünyanın ən unikal kəndi: burada hamı milyonçudur - FOTO
Dünyanın ən unikal kəndi: burada hamı milyonçudur - FOTO


Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___