Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üzərlik və ya duz yandırıb başdan səpələmək olarmı?
Tarix: 20-11-2016 | Saat: 21:15
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Üzərlik və ya duz yandırıb başdan səpələmək olarmı?


Gözdəyməyə qarşı üzərlik və ya duz yandırmaq, həmçinin, göz muncuğu, həmayıl gəzdirmək günahdır. Çünki bununla Allahdan qeyrisinə pənah aparmış və Ona şərik qoşmuş olursan.

"Xəbəraz.az " zikr.az-a istinadən bildirir ki, gözdəymədən qorunmaq üçün ən gözəl vasitə "əl Fələq" və "ən Nas" surələrini öyrənib oxumaq kifayətdir. Muaz ibn Abdullah ibn Xubeyb atasından (Allah ondan razı olsun) rəvayət edərək belə dedi: "Qaranlıq və yağışlı bir gecədə bizə namaz qıldırmaq üçün Allah Elçisini salləllahu aleyhi və səlləm axtarmağa çıxmışdıq. Mən ona gəlib çatdıqda, o buyurdu: "De!" Mən heç nə demədim. O yenə buyurdu: "De!" Mən yenə heç nə demədim. O yenə: "De!"- buyurduqda, mən soruşdum: "Nə deyim?" O buyur­du: "Səhər-axşam üç dəfə: "O Allah Təkdir" (əl İxlas surəsini) və Muavvizə­tey­ni (əl Fələq və ən Nəs surələrini) de! Bunlar hər şeydən (qorun­maq üçün) sənə kifayət edər". (Tirmizi 3575, 3924).
Uqbə bin Amir (Allah ondan razı olsun) demişdir: "Mən Allah Elçisi ilə birlikdə Cuhfə ilə Əbva kəndlərinin arasında yol gedərkən, bizi külək yaxaladı və qatı zülmət bürüdü. Allah Elçisi əl-Fələq və ən-Nəs surələri ilə Allaha sığınmağa başlayaraq buyurdu: "Ey Uqbə, bu iki surə ilə sığın! Heç kəs bu ikisinə bənzər bir şey ilə sığınmamışdır". Mən Allah Elçisinin bu iki surə ilə namaz qıldırdığını eşitmişəm". (Əbu Davud 1463, 1465).


Xəbəri paylaş

1 0068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___