Göygöl polisi kimsəsiz uşaq tapdı: "Qardaşım məni bura qoyub getdi" - FOTO
Tarix: 19-11-2016 | Saat: 20:44
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Mahnı oxuyub feyziyab olan balacanı ötən gün axşam saatlarında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Quşqara kəndi ərazisində fərdi yaşayış evlərindən bir qədər aralıda tapıblar.
"Xəbəraz.az " ARB Kəpəz-ə istinadən xəbər verir ki, azyaşlı diqqəti cəlb etdiyindən asayiş keşikçiləri onun harada yaşamasını və valideynləri barədə məlumat almağa çalışıblar. Təxminən 6-7 yaşı olan balaca ilə aparılan ilkin söhbətdən sonra uşaq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Dəniz - tapılan uşaq: "Adım Dənizdir. Bakıdan gəlirdim. Qardaşım gətirib. Qardaşım məni bura qoyub getdi. Dedi gəz. Gəlmə Bakıya, Yevlaxa gedəcəyik. Mən də dedim heç nə, gedin. Qardaşımın yanında heç kim yox idi".
Göygöl polisi Dənizin valideynlərinin tapılması istiqamətində tədbirlərə başlayıb. Ancaq araşdırmalar hələ bir nəticə verməyib.
Paşa Abbas - baş inspektor: "Uşağın deməsinə görə atasının adı Rövşən, anasının adı isə Güllüdür. Deməsinə görə, Bakı şəhərində "Papanin" adlanan ərazidə yaşayır. Hazırda valideynlərin müəyyən edilməsi istiqamətində axtarışlarımız davam edir. Uşağı görüb tanıyanlardan xahişimiz ondan ibarətdir ki, Göygöl Rayon Polis Şöbəsinə və yaxud da yaxınlıqda yerləşən polis orqanlarına müraciət edib məlumat versinlər".
Valideynləri müəyyən ediləndək isə polis əməkdaşları Dənizi Gəncə şəhərində fəaliyyət göstərən uşaq evinə təhvil verməyi planlaşdırır.
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

29-12-2022, 09:02
Ən istedadlı bürclər - Bəs, kim bacarıqlarından istifadə edə bilmir?
23-01-2018, 12:43
Azərbaycanlı fahişələr saxlanıldı-Antalyada
18-04-2017, 16:47
“Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır” - Mətanət Əliverdiyeva
8-03-2017, 15:36
Küçədə yarıçılpaq məşq olarsa... - maraqlı eksperiment - VİDEO
1-06-2017, 23:51
Üç uşaq anasının görüntüləri hər kəsi təəccübləndirdi - FOTO
18-04-2016, 14:48
AŞPA prezidenti: "Azərbaycanın bu addımı düzgün istiqamətdədir"
12-02-2016, 11:29
Bakıda gənc qız oğlana görə özünü binadan atdı
9-05-2021, 11:31
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım edib
14-12-2016, 22:04
“Qaçqınkom” deputatın qalmaqallı təklifini qəbul etdi
6-04-2017, 11:07
Sürücülərin diqqətinə: Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılır