Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Deyirdilər ki, dəlidir, amma deyil" - 2 uşaq atası öldürüldü - VİDEO
Tarix: 16-11-2016 | Saat: 18:22
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Deyirdilər ki, dəlidir, amma deyil" - 2 uşaq atası öldürüldü -  VİDEO


Hadisə səhər saatlarında Quba rayonunun Barlı kəndində baş verib.

ARB Şimal xəbər verir ki, kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb.

O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov iki uşaq atasıdır.

Qərib Babayev - Barlı kənd sakini: "Dedim kim bıçaqlayıb? Dedilər ki, Yusif. Guya dəlidir. Amma dəli deyil. Dəlixanaya aparmışdılar. Orada da 1 həftəyə yaxın saxlayıb, buraxıblar ki, bu, dəli deyil. Adam ölüb. 2 uşağı yetim qalıb. Dili ağzında olmayan bir uşaq idi. O, bıçaqlanan insan mənim balam yaşında idi. Şokdayam söz deyə bilmirəm".

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Babayev saxlanılıb.

Faktla bağlı Quba Rayon prokurorluğunda araşdırmalara başlanılıb.



----------

13:35

Quba rayonunda 37 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisə rayonun Barlı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 37 yaşlı Ramiz Əhməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Səyyaf Tağıyev "Report"a bildirib ki, əməliyyat olunan R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb: "Bu gün səhər saatlarında rayon sakini Ramiz Məmmədov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və əməliyyat edilib. Lakin əməliyyatdan sonra o, xəstəxanada ölüb".

Quba Rayon Prokurorluğundan bildirilib ki, hazırda hadisə yerində araşdırma aparılır.


Xəbəri paylaş

9628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___