Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəs mənim və burada tikilən minlərlə hər ev sahiblərinin hər il əmlak vevergisinə görə ödədiyimiz pullar hara xərclənir?
Tarix: 16-11-2016 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər

Bəs mənim və burada tikilən minlərlə hər ev sahiblərinin hər il əmlak vevergisinə görə ödədiyimiz pullar hara xərclənir?
Hörmətli xəbəraz.az rəhbərliyi! Mən Qurbanlı Xəyyam Ayət oğlu, 9ildi ki, Suraxanı rayon Hövsan qəsəbəsi Dənizkənarı küçəsi, ABU petrolun arxasındakı yaşayış massivində ailəmlə birgə həyətyanı evdə yaşayırıq, bu fotodakı mənzərə məhz mənim evimin həyətindəndir, Oktyabrda yağan gur yağışın nəticəsində həyət suyun içindədi hal hazırda, övladımı 281saylı orta məktəbə hərgün beləcə keçirib aparıram. Dəfələrlə Qəsəbə icra nümayəndəsinə Ağasəlim Əliyevə bildirib buradakı o çəkilməyən ,qurumayan suyu nasoslu texnika ilə çəkilərək kömək istəsəm də, mənə deyir ki," imkanım yoxdu buna,sənə kömək edim!" Amma hörmətli dövlət başçımız cənab İlham Əliyev demişdir, " Mən Xalqın 1nömrəli xidmətçisiyəm, bütün məmurlar da xalqın xidmətçisi olmalıdı! Bu icra nümayəndəliyi və icra hakimiyyəti şöbə rəisləri dövlət başcımızın fikirlərinə zidd çıxaraq xalq va hakimiyyət arasında açıq aşkar narazılıq yaradır. Bəs mənim və burada tikilən minlərlə hər ev sahiblərinin hər il əmlak vevergisinə görə ödədiyimiz pullar hara xərclənir? Məgər bu pullardan, yaranmış Fövqəladə vəziyətlə bağlı həyətlərə dəymiş ziyanın aradan qaldırılmasına heç vəsait ayrılmamalıdır ki? Axı bu əsla inandırıcı deyil. SURAXANI icra hakimiyətinə dəfələrlə zəng etsəm də,012 452 49 58 Oradan şöbə müdiri Xanoğlan müəllim inanmayaraq,həyətimizə 08noyabr tarixində Qəsəbə icra nümayəndəsinin müavini təhkim edib baxış keçirdi, bu mənzərəni təəssüf hissi ilə qarşılayıb rayon icra hakimiyyətinin Təsərüfat şöbəsi rəisi Mehman müəllimə məruzə edəcəyini bizə kömək göstərəcəklərini bildirsə də, səhəri gün ona etdiyim təkrar zəngimə cavab olaraq yenidən məni Xanoğlan müəllimə zəng etməyimi məsləhət gördü. mən yenə təkrarən həmin nömrəyə zəng edib hələ də kömək görmədiyimi Xanoğlan müəllimə bildirdim, o da mənə quru vədlər verib mənə kömək etmirlər. MARAQLI BURASİNDADI Kİ, burada çirkab suları çəkən texnika bütün bu massivin hər həyətindən 40manata qeyri-rəsmi zil avtomaşının sürücüsü bizə bildirir ki, mən aylıq haqq verirəm, mənlik deyil! Və bu da inandırıcı deyil ki, bu avtomaşına nə əcəb icazə verilir ki, gəlib bu boyda massivdən hər həyətdən çirkab suları 40manata çəkməklə xaltura etsin. Və bu sürücünün dedikləri tam həqiqətdi. HÖRMƏTLİ "Xəbəraz.az ", xahiş edirəm, mənim həyətimdəki bu ürəkağrıdıcı mənzərəni videolentə alaraq, yuxarı dövlət qurumlarına çatdırmaqla mənə kömək edin. Öncədən sizə dərin minnətdarlığımı bildirirəm.


Xəbəri paylaş

8138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___