Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abdul Xalidin "QARABAĞIM" adlı konserti
Tarix: 16-03-2015 | Saat: 18:08
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Abdul Xalidin "QARABAĞIM" adlı konserti

XEBERAZ.AZ-IN MƏLUMATINA GÖRƏ Tanınmış estrada müğənnisi Abdul Xalid martın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının səhnəsində məcburi köçkün və şəhid ailələri üçün “QARABAĞIM” şüarı altında xeyriyyə konserti ilə çıxış edib.

Xeyirxah missiyasını uğurla tamamlayan müğənni saytımıza geniş açıqlama verərək bu işdə ona yaxından dəstək olan insanlara təşəkkürünü ünvanladı:

“Çox şad oldum ki, “Can yoldaşım” adlı albomumda yer alan mahnıları, ilk olaraq, məcburi köçkün və şəhid ailələri üçün səsləndirdim. Bu konsert həm də albomun imza günü kimi yadda qaldı deyə bilərəm. İki həftə öncə jurnalistlərlə görüşümdə təşəkkür etdiyim insanların adlarını çəkib, onlara yenə də minnətdarlığımı bildirmək istəyirəm. Sağ olsun Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyev, eləcə də Samid Rzayev, Nərminə Qafarlı bu istəyimizi reallaşdırmaqdan ötrü bizə təmənnasız yardım edib, Mərdəkan Mədəniyyət Sarayınının qapılarını üzümüzə açdılar. Sözügedən sarayın direktoru Vüqar müəllim başda olmaqla orada çalışan hər kəsə var olun deyirəm. İdarənin əməkdaşı, Şüvəlan Mədəniyyət Sarayının rəhbəri, istedadlı bəstəkar Səfər Məmmədova da nə qədər təşəkkür etsəm az olar. Təmənnasız dostlarım - populyar teleaparıcı Samir Bayramlı, maqazin jurnalisti, PR menecer Şahin Cavadsoy, menecer Kəmalə xanım, hər zaman yanımda olan Murad, Nicat, Nərgiz, Sərxan, Rüstəm, Orxan da konsertin yüksək səviyyədə keçməsi üçün kifayət qədər zəhmət çəkdilər. Həmkarlarım Sevil-Sevinc bacıları, Sevinc Ağaşirinova, Nəzrin Hacıqızı da öz gəlişləri ilə bu xoş günə bir başqa gözəllik qatdılar. “Lalələr” və “Xəzər” rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Samir Bayramlının apacılığı ilə çox pozitiv ab-havada keçən konsertimizin “Bahar qızı” Nəzrin, “Kosa” və “Keçəl”i hər ikisinin adı Rəşid olan istedadlı aktyorlar seçildilər. Mərdəkanda yerləşən 4 saylı internat evində tərbiyə alan uşaqlar da girişin pulsuz olduğu tədbirdə ürəkdolusu əylənib, bayramı bizimlə birlikdə qeyd etdilər.

Təşəkkürlərim həm də Azərbaycanda kifayət qədər tamaşaçı auditoriyasına malik olan Region TV-nin əməkdaşlarının ünvanınadır. Telekanalın çəkiliş qrupu dünən baş tutan tədbirimizi bütünlüklə lentə alaraq “Şou məkan” verilişinin Novruz buraxılışı kimi efirdə yayımlayacaqlar. Proqramın rəhbəri rejissor qardaşım Pənah Eldaroğlu, aparıcı-müxbir Nüşabə Novruzova yanımızda olmaqları ilə dostluqlarını nümayiş etdirdilər. Komanda olaraq düşünürük ki, İnşallah yaxın vaxtlarda daha rəngarəng repertuarla həm Bakıda, həm də bir neçə bölgələrimizdə çıxışlarım təşkil olunsun. Tarix və məkanlar tam dəqiqləşən kimi bu barədə media mənsublarına məlumat verəcəyəm”.


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___