Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
80 yaşlı kişi intihara cəhd etdi - Şəkidə
Tarix: 14-11-2016 | Saat: 18:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

80 yaşlı kişi intihara cəhd etdi - Şəkidə


Şəki rayon sakini boğazını kəsərək intihara cəhd edib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 15 radələrində rayonun Yeni Çələbixan qəsəbə sakini, 1936-cı il təvəllüdlü Bəyəndin Sevindik oğlu Məmmədov boğazın kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən 80 yaşlı Bəyəndin Məmmədov intihar etmək məqsədi ilə kəsici alətlə boğazını kəsib. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Bəyəndin Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, B.Məmmədov əvvəllər də bir-neçə dəfə intihar etmək məqsədi ilə özünə xəsarət yetirib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___