Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATV-dən Xoşqədəmin "yarım kub" videosuna — REAKSİYA
Tarix: 14-11-2016 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

ATV-dən Xoşqədəmin "yarım kub" videosuna — REAKSİYA


"Səni axtarıram" verilişinin 2014-cü ildə çəkilmiş və efirə getməyən kadrlarının yayılması rezonansa səbəb olub.

Meydan tv-nin yaydığı kadrlarda Hidayətqızı müsahiblərini yönləndirir. Hətta efirə çıxarılan itkin düşmüş şəxsin daha yazıq görkəm alması üçün həkimə "tapşırıqlar" verir. Yayılan kadrlarla bağlı açıqlama verən Hidayətqızı məsuliyyəti üzərindən atır və dolayısıyla ATV rəhbərliyini ittiham edir:

"ATV-də çalışdığım dönəmdə nə iş görmüşəmsə, hansı addımları atmışamsa, hansı süjetlər hazırlanıbsa, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm. Digər tərəfdən, bilirsiniz ki, mən gedərkən heç bir arxiv materiallarını götürməmişdim, televiziyanın rəhbərliyində qalmışdı. Hətta bu barədə mətbuatda da danışmışdım. Məlumatlar alırdım ki, orada şantaj xarakterli nələrsə hazırlanır. Bilmirəm, kim nəyi nəyin arxasına düzüb-qoşub, göstərir. Onu mən deyə bilmərəm. İstənilən halda şantaj xarakterli nə hazırlasalar da televiziyada efirə gedən heç bir materialı özbaşıma efirə verə bilmərəm. Mənimçün ATV dönəmi bitib. Bitmiş dönəm haqda danışmıram. Bunlar hamısı keçdi, arxada qaldı. Bu cavabı sizə verməyə məcburam.

Ölkə.Az məsələylə bağlı ATV-yə sorğu göndərib. Telekanaldan sorğumuza cavab olaraq bildirilib ki, “Azad Azərbaycan” Teleradio Yayım Kampaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək:

"İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan “Səni axtarıram” verilişi ətrafında ortaya çıxan növbəti qalmaqalda “Azad Azərbaycan” Teleradio Yayım Kampaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil. Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik. Qeyd edək ki, adı çəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verlişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qurumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hal-hazırda yayılan kadrarxası görüntülər də olub. Bütün bunları nəzərə alaraq, icitmaiyyətin diqqətinə çatdırırıq ki, tamaşaçının aldadılması üzərində qurulan bu verilişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verilişin ən reytinqli vaxtında verilişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi. Bununla da icitimayyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu. Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi. Bir məqamı da qeyd edək ki, 2014-cü ildən ATV-də yayımlanmayan “Səni Axtarıram” verilişinə rəhbərlik edən şəxslər də o tarixdən etibarən ATV-dən kənarlaşdırılıblar. Səbəb də məhz indi ortaya çıxan xoş olmayan məqamlardır. Bir məqamıda vurğulasaq tam yerinə düşər. ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqalarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq".


Xəbəri paylaş

8008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___