Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Pulları gic-gic yerlərə xərclədik" - Zavodu yaranlar saxlanıldı - VİDEO
Tarix: 12-11-2016 | Saat: 12:44
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Pulları gic-gic yerlərə xərclədik" - Zavodu yaranlar saxlanıldı - VİDEO


Abşeronda yerləşən kərpic zavoddan oğurluq edənlər saxlanılıb.

ARB TV xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Mehdiabad qəsəbəsində yerləşən Mübariz Əliyevə məxsus kərpic zavodundan 4 min manat dəyərində elektrik kabelini oğurlamaqda şübhəli bilinən şəxsləri yaxalayıblar.

Saxlanılanlar Digah qəsəbə sakinləri, 30 yaşlı Elşən Məlikov, Tapdıq Məmmədov və 16 yaşlı yeniyetmədir. Cinayətkar dəstənin qohum olan üzvləri idarədə dindirilərkən, törətdikləri əməli etiraf ediblər. İlkin istintaq zamanı məlum olub ki, oğurluqla bağlı təklif Elşən Məlikovdan gəlib və onun sözünü yerə salmayan qohumları bu təklifi qəbul ediblər.

Elşən Məlikov - Saxlanılan şəxs: "Tapdıq, Fərman və mən getdik kərpic zavoda. 30 kilo misi çıxardıb, kabelləri açıb satdıq. Əridib mis yerinə verdik. 2-ci dəfə gedəndə tutulduq".

Tapdıq Məmmədov - Saxlanılan şəxs: "Aparıb kabel yerinə verdik. Əldə etdiyimiz pulları da gic-gic yerlərə xərclədik".

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.





Xəbəri paylaş

9008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___