Donald Trampın Azərbaycandakı möhtəşəm oteli - FOTOLAR
Tarix: 10-11-2016 | Saat: 17:24
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Məşhur biznesmen Donald Tramp ABŞ-da keçirilən seçkilərdə qalib gələrək ölkənin 45-ci prezidenti oldu. İş həyatına əmlak agenti olan atasının yanında xidmətçi olaraq başlayan biznesmen hazırda əmlak kralı kimi tanınır.
Milyarder Nyu-York, Çikaqo, Toronto, Las-Veqas, Panama, Mayami, Vaşinqton, Rio-de-Janeyro kimi şəhərlərdə, o cümlədən, ərəb ölkələri, Türkiyə və Azərbaycanda “Trump” brendi altında otel və yaşayış binaları tikdirib.
“Qafqazinfo” bu məqamda əmlak kralının ölkəmizdə inşa etdirdiyi “Trump İnternational Hotel & Tower Baku” layihəsi ilə bağlı maraqlı məqamları təqdim edir.
Paytaxtın mərkəzi magistral yollarının kəsişməsində (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi) yerləşən qüllənin tikintisinə 2008-ci ildə başlanılıb. Azərbaycanın beş ən yüksək tikilisindən biri hesab olunan binanın hündürlüyü 130 metrdir və 33 mərtəbə, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarətdir.
2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılıb. Binanın yelkənə bənzər xarici dizaynı futuristik memarlıq üslubuna aid edilir. İşıqlandırma üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca yerləşdirilmiş LED-ekranlardan istifadə olunur.

Trampın qızı İvanka Bakıda
İnşaata start verilən gündən milyarderin qızı İvanka Tramp layihənin gedişatı ilə yaxından maraqlanıb və bununla bağlı olaraq 2014-cü ildə ölkəmizdə səfərdə olub. Milyarder özü də çıxışlarından birində “Trump İnternational Hotel & Tower Baku”nun “Trump Organization” standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biri olduğunu söyləyib. Milyarderin sözügedən otelə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib.
Yerli mətbuatda yayımlanan məlumata görə, hazırda binanın 4 mərtəbəsində təmir işləri bitib. İnşaat yekunlaşdırıldıqdan sonra binada heç bir mənzil satılmayacaq və ofis kimi də istifadə olunmayacaq. Yalnız otel kimi fəaliyyət göstərəcək. Müəssisənin Azərbaycanın ən yaxşı otellərindən biri olacağı gözlənilir. Açılış ilin sonunda və ya gələn ilin əvvəlində planlaşdırılır.
Xəbəri paylaş
1 4778 dəfə oxunub.
Digər xəbərlər

4-08-2017, 14:16
Nəvəsini öldürən nənəni hansı cəza gözləyir...
18-10-2023, 15:28
Sabahkı hava ilə bağlı xəbərdarlıq
27-12-2019, 11:45
Azərbaycanda 63 yaşlı hakim vəfat etdi
11-06-2016, 20:59
Obamadan Məhəmməd Əli üçün görüntü - Video
7-07-2015, 16:56
Efirdə göstərilənləri görüb istəyəcək deyə, televizoru söndürəm-Məzarılqda Yaşayan Ailəyə Yardım Başladı (FOTO)
16-05-2017, 21:50
AXC-nin 100 illiyi ilə bağlı — Sərəncam
5-06-2016, 22:57
Türkiyəyə "casusluq edən" erməni qadınlar
20-09-2015, 18:45
Namizədliyini özbaşına irəli sürənlər YAP-dan qovulacaq
14-03-2015, 10:39
Balakəndə Bıçaqlanma!!!
29-01-2020, 10:46
“Mersedes”in vurduğu piyada öldü