Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaurdan Xoşqədəmə: "Deyirlər, iki qoçun başı bir qazanda qaynamayacaq"
Tarix: 09-11-2016 | Saat: 14:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Zaurdan Xoşqədəmə: "Deyirlər, iki qoçun başı bir qazanda qaynamayacaq"

Aparıcı Xoşqədəm Hidayətqızı "5/5" verilişinin qonağı olub.

"Xəbəraz.az "-ın məlumatına görə, aparıcı fəxri ad almasından və müğənni həyat yoldaşı Doğuşdan danışıb:

"Xəbəri efir zamanı rejissor qulağıma dedi. Hər dəfə efirdən sonra Doğuşla zəngləşirik. Deyir, baxıram, İnstaqramda hamı səni təbrik edir, nə olub? O da öz adından ölkə başçısına təşəkkür etdi".

X.Hidayətqızı çox vaxt gecələr də işdə qaldığından danışıb:

"Burada mənə otaq ayırıblar. Hətta aşağı mərtəbədə əkizlər üçün də yataq var. Rəhbərlik deyib ki, onları yuxarı mərtəbəyə çıxaracaq. Onda uşaqlarım da mənimlə birlikdə işdə qalacaqlar.

Mənim əylənməyim ancaq uşaqlarladır. Onlar səhər saat 6-da yuxudan oyanırlar. Evdə demişəm ki, onlar duran kimi məni də yuxudan oyadın. Uşaqlarımı efirə çıxaracam, amma nə vaxt - bilmirəm. Onları gətirib bu işiğın altında, indi efirə çıxarmaq olmaz. Hələ balacadırlar".

X.Hidayətqızı Zaur Kamalın "Deyirlər ki, iki qoçun başı bir qazanda qaynamayacaq. Amma bizim sahəmiz ayrıdır. Bircə reytinq üstündə dava edə bilərik" sözlərinə belə cavab verib:

"Hər ikimizin sahəsi fərqlidir. Döyüşsək də, telekanal üçün mübarizə aparacağıq. Bizim bir məqsədimiz var, ailəmizin kanalı birinci olsun. Reytinqi kim gətirir-gətirsin. Allah bizə bu yolda cansağlığı versin. Mən ailəmizin kanalında yeniyəm. Mənə hörmət, diqqət var, şərait yaradılıb".


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___