Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ilanlar çaşbaş qalıb - bilmirlər yatsınlar, yoxsa ... - VİDEO
Tarix: 08-11-2016 | Saat: 22:56
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanda ilanlar çaşbaş qalıb - bilmirlər yatsınlar, yoxsa ... - VİDEO


Son vaxtlar ilanların sayı artıb. Halbuki bu mövsümdə bu heyvanlar qış yuxusuna getməli idilər. Zooloqlar bu vəziyyəti havaların qeyri-sabit keçməsi ilə əlaqələndirirlər.

Havaların qeyri-sabit keçməsi ilanları çaşbaş salıb. Payız ayı olmasına baxmayaraq, hələ də ilanlar kütləvi şəkildə görünürlər. Buna səbəb isə təbiətdə gedən proseslər və iqlim dəyişikliyidir.

"Xəbəraz.az "xezerxeber.com-a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifovun sözlərinə görə, ilanlar soyuqqanlı heyvan olduqlarından mühitin temperaturuna uyğun yaşayırlar. Havaların isti keçməsi ilanların müxtəlif ərazilərdə görünməsinə səbəb olub.

Azərbaycanda ilanların ən çox yayıldığı ərazilərin Kür-Araz ovalığı və Haramı düzü olduğunu deyən alim, əgər havalar belə isti keçsə, hələ bir müddət də ilanları görməyin mümkün olacağını bildirib.

Bəs bundan sonra ilanların yuxuya getmə prosesi necə olacaq?

Elman Yusifov həmçinin son günlər ilanların sayının artmasına da münasibət bidirib. Onun sözlərinə görə, buna səbəb onların yem bazasının, yəni siçanların sayının artmasıdır.



Xəbəri paylaş

1 0608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___