Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diqqət: Bakıda köhnə təkərləri yeniləyib satırlar
Tarix: 08-11-2016 | Saat: 18:46
Bölmə:Karusel / Hadisə / Araşdırma | çapa göndər

Diqqət: Bakıda köhnə təkərləri yeniləyib satırlar

Bakıdakı təkər alverçilərinin bəziləri inanılmaz əməllərlə sürücülərin həyatını təhlükəyə atırlar.

Avtosfer.az-a daxil olan məlumata görə, Babək prospektindəki maşın bazarında daha çox rast gəlinən bu hal normal təkər satışı ilə məşğul olanların da narazılığına səbəb olub.

Bir neçə təkər alıcısı bildirib ki, bazarda fəhləliklə məşğul olan bəzi işbazlar zibilliyə atılmış təkərləri yeni təkər adı altında ucuz qiymətə satırlar. Müştərilər də ucuz olduğu üçün həmin təkərləri almağa üstünlük verir. Amma həmin təkərlərin nə qədər təhlükəli olduğunu bilmədikləri üçün irəli düşdüklərini zənn edən həmin avtomobil sahiblərinin həyatı hər an təhlükədədir. Fəhlələr zibilxanaya atılan təkərləri yığaraq xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərindən açırlar və beləliklə də, təkərin naxışları daha dərin olduğu üçün müştərilər buna aldanır. Dərin naxışlar, müxtəlif dərmanların təsiri ilə qaraldılmış və yağlanmış təkərlər müştəriləri daha çox cəlb edir və digər işlənmiş təkərlərdən daha ucuz satıldığı üçün daha çox alıcısı olur. Lakin diqqətə çatdırırıq ki, bu cür təkərlər olduqca təhlükəlidir. Maşın bazarında normal və keyfiyyətli təkər satışı ilə məşğul olanlar bildiriblər ki, həmin təkərləri hətta adi diş çöpü ilə də deşmək mümkündür. Çünki yeni naxışlar açılanda təkərin qalınlığı tam olaraq sıradan çıxır və nazik qat qalır. Bu isə avtomobilin hər an qəzaya düşməsinə səbəb ola bilər.

İşbazların etdiyi əməllər keyfiyyətli təkər satışı ilə məşğul olanların işinə mənfi təsir edib və bazarda narazılıq yaranıb.

Qeyd edək ki, belə vəziyyətin təkcə həmin bazarda deyil, təkər satılan digər yerlərdə də yaşandığı bildirilir. Kütləvi olmasa da, ucuz təkər axtaran müştəriləri qaçırmaq istəməyən təkər alverçiləri bu cür təhlükəli əməllərlə sürücülərin həyatını riskə atırlar.


Xəbəri paylaş

8398 dəfə oxunub.

Digər xəbərlər
16-05-2015, 19:57 Daha bir intihara cəhd

bütün xəbərlər
____ Instagram ___