Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ərəblər dəhşətli qəzaya düşdü: ölənlər var - YENİLƏNİB
Tarix: 07-11-2016 | Saat: 14:39
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda ərəblər dəhşətli qəzaya düşdü: ölənlər var - YENİLƏNİB


Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. "Xəbəraz.az "xəbər verir ki, noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb. E.Məmmədov və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.





*****

10:19

Bakıda ağır yol qəzası baş verib. "Xəbəraz.az "-ın məlumatına görə, Qaradağ rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Nissan"da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib. Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və "Mercedes"in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___