Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diş implantı xərçəng yaradır?
Tarix: 06-11-2016 | Saat: 22:31
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Diş implantı xərçəng yaradır?


Türkiyəli diş həkimi Fatih Gülər son günlər implantın xərçəng və sümük əriməsinə səbəb olduğu iddiası ilə bağlı fikrini bildirib. Həkim belə bir iddianın gerçək olmadığını, implantın xərçəng, eləcə də sümük əriməsi yaratmadığını deyib.
İmplant müalicəsinin uzun illərdir istifadə edildiyini deyən həkim "saxta implant" olmadığını, implantların titandan hazırlandığını əlavə edib.
"Xəbəraz.az " lent.az-a istinadən F. Gülərin titan implantların insan sağlamlığına ziyanları barədə fikirlərini təqdim edir.
Həkim titanla bağlı hər hansı xərçəng hadisəsinə rast gəlmədiyini açıqlayıb: "Titan yalnız implantda deyil, ortopediya sahəsində də tez-tez istifadə olunan bir metaldır. Bu maddəni "toxuma dostu" adlandırmaq olar. Həkimlər yalnız idxal icazəsi olan məhsullar istifadə edir. Klinikalar, diş kabinetləri və ağız diş sağlamlığı mərkəzlərinə müvafiq orqanlar tərəfindən mütəmadi nəzarət edilir. Diş əməliyyatları edilərkən protokollar tərtib olunur, istifadə edilən materiallar nəzərdən keçirilir. Bu baxımdan implant etdirəcək xəstələrin narahat olmasına səbəb yoxdur".

Mütəxəssis metal implant qoyulduqdan sonra xərçəng olmaqdan qorxan insanlara sadəcə olaraq qeyri-peşəkar stomatoloqlardan uzaq durmağı məsləhət görür: "Sümük problemi olan bir xəstənin təbii dişində meydana gələn problem implant nəticəsində də ola bilər. Ona görə də implantın sümük əriməsinə səbəb olması ifadəsi doğru deyil. Elmi əsaslara söykənmədən "implant xərçəng yaradır" iddiası ilə çıxış etmək düzgün deyil".


Xəbəri paylaş

9058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___