Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kadırov Ərdoğana məktub yazdı, 3 adamı istədi...
Tarix: 05-11-2016 | Saat: 11:52
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Kadırov Ərdoğana məktub yazdı, 3 adamı istədi...

Türkiyədə çeçen mücahidlərinin üç rəhbəri yaxalanıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiya Çeçenistan lideri Ramzan Kadırovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.

Kadırov Ərdoğandan həbs edilən liderlərin Çeçenistana ekstradisiyasını istəyib. O, yaxalanan şəxslərin Maxran Səidov, Aslanbek Vadalov və Tarxan Qaziyev olduğunu bildirib.

Qeyd edək ki, hər üç şəxsin 27 oktyabrda Türkiyə və Rusiya xüsusi xidmət orqanlarının birgə keçirdiyi əməliyyatlar zamanı saxlanıldığı güman edilir. Hər üç şəxs çeçen müharibələrinin iştirakçıları və ondan sonrakı dövrdə Şimali Qafqazda yaradılan “Qafqaz İmarəti” terror təşkilatının səhra komandirləri olublar. Kadırov bu komandirlərdən ikisinin – Maxran Səidov və Aslanbek Vadalovun başına 10 milyon rubl mükafat təyin edib. Vadalov həmçinin çeçen müharibələri zamanı məşhur səhra komandiri Xəttabın komandasında vuruşub.

Tarxan Qaziyev isə uzun müddət “Qafqaz İmarəti”ndə mühüm vəzifələrdə olub. O, 2011-ci ildə Suriyaya yollanıb və İŞİD-ə beyət edib. Qaziyev həmçinin Rusiya prezidentinin Çeçenistan üzrə nümayəndəsi Valentina Vlasovanın əsir götürülməsinə də rəhbərlik edib. ABŞ-ın 2015-ci ildə hazırladığı hesabatda onun adı İŞİD-in 29 ən təhlükəli nümayəndəsi sırasında yer alıb.


Xəbəri paylaş

7608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___