Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.
Tarix: 04-11-2016 | Saat: 18:48
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.

Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı ilin oktyabrın 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftə”si adlı tədbir həyata keçirib.

"Xəbəraz.az "-a bu barədə məlumatı Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsindən veriblər.
Tədbirdə məqsəd bələdiyyə ilə əhalinin təmaslarını bir qədər də möhkəmləndirmək, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində işləri daha da sürətləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etməkdir.
Həftə ərzində qəsəbə ərazisində bir sıra şüarlardan istifadə edilib:
-“Azərbaycanda Yerli Demokratiya Həftəsi”ndə fəal iştirak edək!
- “Bələdiyyə - vətəndaş, vətəndaş – bələdiyyə əlaqələrini möhkəmləndirək”!
Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (018 643-17-68) təşkil olunub.
Vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasının qarşısında “Bələdiyyə poçt qutu”su quraşdırılıb.
Hacı Zeynalabdin Bələdiyyəsi sakinlərlə görüş keçirib. Görüşdə qəsəbə sakinləri, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, məhəllə komitələri və ağsaqqallar şurasının nümayəndələri iştirak ediblər. Görüşü açan Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov Azərbaycanda keçirilən "Yerli demokratiya həftəsi"nin əhəmiyyətindən və bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışaraq, həftə ərzində görülən və görüləcək işlərdən danışıb. E. Məmmədov Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur.
İnanırıq ki, oktyabrın 31-dən noyabr ayının 5-dək keçirilmiş “Yerli Demokratiya Həftəsi” bələdiyyə - vətəndaş əlaqələrinin daha da dərinləşməsində və yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayacaqdır.

Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.
Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.
Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.
Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.
Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib.



5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___