Bakıda rəqqasə qaydaları pozub yol polisinə atmaca atdı - VİDEO
Tarix: 04-11-2016 | Saat: 17:47
Bölmə:Karusel / Hadisə / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
İnstaqram sosial şəbəkəsində "Belly Dancer Sabina" kimi qeydiyyatdan keçən bakılı rəqqasə yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, bunu əks etdirən videoları öz səhifəsində yayaraq hətta özünə haqq qazandırır.
"Xəbəraz.az " avtosfer.az-a istinadən bildirir ki, Sabina adlı rəqqasə sükan arxasında özü və ətrafdakılar üçün təhlükəli hərəkətləri ilə diqqəti cəlb edir. O, avtomobil idarə edərkən mahnı oxuyur və bu zaman diqqəti yolda yox, yanında əyləşib onun videosunu çəkən şəxsdə olur. Elə həmin görüntülərə şərh yazanlar da xanım sürücüyə tövsiyə edirlər ki, hərdən yola da baxsın.
Bundan əlavə, təqdim olunan videoda xanım sürücünün azyaşlı uşağını qucağına alaraq şəhərin mərkəzində avtomobil idarə etdiyi də əksini tapır. Hansı ki, onun paylaşdığı fotoların birində uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqdan istifadə etdiyi də əksini tapır. Bu, yaxşı hal olsa da, xanım sürücü əksər hallarda uşağı ya qucağında saxlayır, ya da qabaq oturacaqda oturtmaqla qayda pozur.
Rəqqasə Sabinə sükan arxasında təhlükəsizlik kəmərindən, ümumiyyətlə, istifadə etmir. Hər halda, onun paylaşdığı video və fotolar bunu deməyə əsas verir.
Uşağı qucağına alaraq avtomobil idarə etməsini əks etdirən videoya xanım sürücü maraqlı fikirlər də yazıb: "İndi yazacaqlar ki, olmaz belə, nə bilim nə. Demək istəyirəm ki, bu, məndən asılı deyil. Əgər bilmək istəyirsinizsə, bu uşaq 9 ayına qədər hamilə-hamilə maşın sürmüşəm. Böyüyəndə deyə bilər ki, mən anamın qarnında maşın sürmüşəm. Ona görə də indi də bu uşağı "rul"dan ayırmaq qeyri-mümkündür. Qaldı ki, "QAİ"lərə, can sağlığı, uzun ömür, görənə də, görməyənə də))".
Onun paylaşdığı videoların birində 120-lik yolda 90 km/saat sürətlə hərəkət etdiyi görünür və videoya şərh yazanlar onu qınayırlar ki, sağ zolağa keçsin.
Xəbəri paylaş
9898 dəfə oxunub.
Digər xəbərlər

26-06-2021, 15:34
Natavanın həyat yoldaşından şok etiraf: "Hər şey çoxdan bitib"
25-06-2017, 11:11
Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş
17-08-2017, 10:37
Rövnəq Abdullayev AFFA-da “at” oynadan bacıları işdən kənarlaşdırıb?
5-04-2022, 17:03
Hava dəyişəcək - Bu tarixdə güclü külək əsəcək, yağış yağacaq
17-01-2016, 01:59
Zahid Oruc bu dəfə icra başçılarını biabır etdi: Küçələrin yenidən təmirini sahibkarlara "yükləyirlər"
26-11-2016, 22:28
Uşaqlar cəmiyyətimizin sabahıdır
17-09-2023, 10:27
İnfeksionist həkim: “Ölkədə karantin tətbiq oluna bilər”0
3-07-2016, 17:04
Məşhur türk futbolçusuna İŞİD damğası - Foto