Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qohumları anası öldürülən 3 uşaqdan imtina etdilər
Tarix: 03-11-2016 | Saat: 13:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qohumları anası öldürülən 3 uşaqdan imtina etdilər

"Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətl hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir".

- "Xəbəraz.az "bildirir ki, bu barədə azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, komitə hazırda həmin uşaqların gələcək taleyi ilə məşğul olur. "Onlara birinci növbədə psixoloji dəstək lazımdır. Zərdabda Uşaq və Ailələrə Dəstək Mərkəzimiz var və oranın psixoloqları azyaşlılarla məşğul olurlar. Onlarla görüşür və reabilitasiya işləri aparırlar".

T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər.

"Uşaqlar, çox güman ki, dövlət himayəsinə veriləcəklər. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edirlər. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər".

Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
20-06-2016, 17:48 Bu rayonlarda qaz olmayacaq

bütün xəbərlər
____ Instagram ___