Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtoş Məcidov yenə ilişdi: Moskvada həbs edildi - Video
Tarix: 02-11-2016 | Saat: 09:57
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Avtoş Məcidov yenə ilişdi: Moskvada həbs edildi - Video

Məşhur “Gelandevagen avtoşluğu” ilə tanınan Abduvahab Məcidov barəsində növbəti dəfə həbs qərarı verilib. Həm də eyni məhkəmədə bir deyil, ardıcıl iki epizod üzrə ayrı-ayrı cəzalar müəyyənləşib.

"Xəbəraz.az " Rusiya mediasına istinadla xəbər verir ki, ötən gün məhkəməyə çıxarılan Məcidov haqda maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün 5 sutka həbs cəzası kəsilib. Bunun ardınca isə dərhal eyni məhkəmənin başqa zalına keçirilən 22 yaşlı Abduvahaba daha 10 sutka cəza müəyyən edilib. Burada da cəza eyni səbəblə - 21 sentyabr tarixində sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyi üçün verilib.

Polislərin verdiyi məlumata görə, onun saxlanmasına səbəb “Opel” avtomobilini idarə edərkən kəmərdən istifadə etməməsi olub. Sənədlər yoxlanılarkən isə məlum olub ki, Məcidov may ayında sürücülük hüququndan məhrum edilib və maşını sürücülük vəsiqəsi olmadan idarə edir. Polisə təqdim etdiyi vəsiqə isə qardaşınındır.

Xatırladaq ki, Məcidov azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuarovun oğlu Ruslanla birgə Moskvada avtoşluq etməsi və bunu Yutubda yayması ilə məşhurlaşan gənclərdən biridir. Həmin vaxt "Mersedes Gelandevagen"in sürcüsü olan Abduvahab Məcidov da 15 sutka həbsə məhkum edilmişdi və sürücülük hüququ əlindən alınmışdı.


Xəbəri paylaş

7948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___