Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üç gündə 6 nəfər tutuldu
Tarix: 01-11-2016 | Saat: 17:11
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Üç gündə 6 nəfər tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, yalnız son 3 gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri Zaur Abdullayev və Mirağa Axundov, İmişli rayonu ərazisində Bakı şəhər sakini İsrafil İsmayılov, Sabirabad rayon sakini Şahin Ağayev və Allahmədətli kənd sakini Maarif Rəhimov saxlanılıblar.

Qanunsuz ovla məşğul olanlardan ümumilikdə 6 ədəd ov silahı, o cümlədən 1 ədəd "Tulip" markalı, 1 ədəd "Baettihsoli" markalı, 1 ədəd "MR-153" markalı və 3 ədəd "İJ-58" markalı silahlar götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___