Bu marşrutlarda nöqsan aşkarlandı
Tarix: 01-11-2016 | Saat: 13:38
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə monitorinqləri davam edir.
Qurumdan Axar.az-a verilən məlumata görə, növbəti monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib.
Monitorinqdə qurumun baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. V. Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.
Monitorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.
V. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Baş direktor daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

21-01-2019, 22:35
“WhatsApp” da gözlənilən YENİLİK
10-06-2020, 16:29
Falçılar qadını aldadıb 400 min manat pulunu mənimsədilər
6-01-2018, 13:17
Horadiz əməliyyatından 24 il ötür
3-04-2018, 21:45
Əfqanıstanda aviazərbə nəticəsində azı 60 dinc sakin ölüb
23-04-2019, 13:19
Qar uçqununda itkin düşmüş əsgərimizin meyiti tapıldı
12-05-2017, 14:30
Çingiz Abdullayevin rekord qıran VİDEOsu: "Kalqotka" geyinmirəm, kişiləri yox qadınları sevirəm"
24-04-2022, 12:28
Sabah 21 dərəcə isti olacaq - Səhər yağış yağacaq
4-04-2017, 11:27
Rusiyada terror törədən şəxsin adı bilindi - VİDEO
24-12-2015, 11:45
İki uşağa işgəncə verən ögey ana - 46 il həbs cəzası aldı - VİDEO