26 yaşlı qızın intiharqabağı yazdığı mesaj...
Tarix: 01-11-2016 | Saat: 10:16
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda 26 yaşlı qadının intihara cəhdinin səbəbləri məlum olub.
"Xəbəraz.az "musavat.com-a istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.
1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.
Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb.
Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7848 dəfə oxunub.
Digər xəbərlər

26-10-2018, 13:17
Bürclər necə sevir?
5-05-2023, 12:40
Bizə səs verin ki, zina cinayət sayılsın - Erbakanın oğlu
25-03-2019, 08:34
Yas mərasiminə gəldi, özü öldü
13-12-2017, 12:33
Xaricdə təhsil alan vətəndaşlarla bağlı vacib qərar
6-02-2020, 19:29
"On yaşımda evimizə gələn adam baldırıma əl atırdı"
23-05-2016, 16:26
"Zirə" 5 futbolçu ilə yeni müqavilə imzaladı
2-12-2016, 10:56
Çempion gənclərlə bir arada - Foto
24-12-2016, 18:28
Bakıda yağış, bölgələrdə qar yağacaq - PROQNOZ
31-07-2015, 15:14
Bakıdakı qəbiristanlıqlara niyə od vururlar? - FOTOLAR
22-01-2017, 18:59
Məşhur müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək