Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşad Sadıqov: "Kənarda qalmaq ağırdır, sıxıılmışam" - MÜSAHİBƏ
Tarix: 31-10-2016 | Saat: 18:44
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

Rəşad Sadıqov: "Kənarda qalmaq ağırdır, sıxıılmışam" - MÜSAHİBƏ


"PAOK evdə çox aqressiv oynayır. Böyük azarkeş dəstəyinə malikdir. Bizi ciddi rəqibə qarşı səfərdə çox vacib oyun gözləyir. Bilirik ki, rəqib qrupun taleyini həll etmək üçün qələbə qazanmağa köklənəcək. İkimiz üçün də çox mühüm qarşılaşma olacaq".
"Xəbəraz.az " "Report"a istinadən bildirir ki, bunu Premyer Liqanın X turu çərçivəsində AZAL ilə keçirilən oyundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın oyununu kənardan izləmək necə təsir bağışlayır?

- Əlbəttə, çətindir, xüsusilə də, komandanın oyunu alınmayanda qıraqdan baxmaq heç cür alınmır. Ancaq yaxşı ki, futbolçularımız fasilədə özlərini topladılar və ikinci hissədə yaxşı oyun nümayiş etdirərək qalib gəldilər.

- Bugünkü oyunda nədən narazı qaldın?

- Ümumiyyətlə, oyun qrafiki sıx olduğuna görə yorğunçuluqdur. Bilirik ki, "AZAL Arena"da meydançanın vəziyyəti yaxşı deyil. Bu çətin şəraitdə futbolçularda nədənsə narazı qalmaq düzgün deyil. Qələbə üçün əllərindən gələni ortaya qoydular, xeyli güc sərf etdilər. Komanda son 2 matçda - həm "Neftçi", həm də AZAL ilə görüşdə çox yoruldu. Ümid edirəm ki, PAOK-la səfər oyununadək bərpa olunacaqlar.

- Zədən nə yerdədir? Ağrılar hiss edirsən?

The video could not be loaded, either because the server or network failed or because the format is not supported.
- Onsuz da həm Norveç, həm də PAOK-la matçda bilirdik ki, sağalmamışam. Bundan əvvəl də həkimlər demişdi ki, oynasan, vəziyyətin pisləşəcək. Bu 2 oyun elə idi ki, onları buraxmağım düzgün deyildi. Mən də oynadım və Norveçlə matçdan sonra zədəm daha da pisləşdi. Bu, elə zədədir ki, müalicəsinə 2-3 həftə vaxt lazımdır. Bundan sonra bərpa olunub meydana çıxmalısan. Ancaq buna vaxtımız yox idi. Müalicəm davam edir. Bu gündən fərdi məşqlərə başlamışam. PAOK-la matça hazır olub-olmayacağım bilinmir. Hələ ki, dəqiq bir şey deyə bilmirəm. Qarşıda həm PAOK, həm də Şimali İrlandiya ilə vacib oyunumuz var. Bu vəziyyətdə müalicə olunmaq, kənarda qalmaq psixoloji cəhətdən ağırdır. Bir az sıxılmışam ki, qarşıdan iki mühüm oyun gəlir, ancaq mən kənardan izləyirəm. Həkimlər yalnız bu gün yavaş-yavaş qaçmağa başlamağa icazə verdilər.

- "Qarabağ"ın və millinin qrupda vəziyyətinə baxsaq, hansı üçün 3 xalın daha vacib olduğunu düşünürsən? Seçim qarşısında olsan, hansında oynamaq istərdin?

- Hər ikisi tarixi matç ola bilər. Mənim üçün seçim etmək ağırdır. İkisində də iştirak etmək istəyirəm. 15-20 dəqiqə olsa da meydana çıxmağı, komandama kömək etməyi arzulayıram, təbii ki, hazır olandan sonra. Nə məsləhətdirsə, ona hazıram.

- PAOK-a qalib gəlsək, böyük ölçüdə qrupdan çıxacaqsınız. Bu mənada Salonikidəki oyunu həlledici saymaq olarmı?

- Bugünədək oynadığımız matçlardan ən həlledicisi olduğunu demək olar. Düzdür, Bakıdakı qarşılaşma həlledici idi. Aydın məsələdir ki, uduzsaydıq, qrupdan çıxmaq çox çətin olacaqdı. Qalib gəldikdən sonra qrupun ən həlledici matçlarından birinə çıxacağıq.

- Qarşıdakı oyundan nə gözləyirsən?

- Bilirik ki, PAOK evdə çox aqressiv oynayır. Böyük azarkeş dəstəyinə malikdir. Heyətlərində də çox yaxşı seleksiya aparılıb. Futbolçularının 5-6-sını yaxından tanıyıram. İkisi "Dnepr"də, ikisi Türkiyə Super Liqasında, biri "Qəbələ"də oynayıb. Yəni PAOK-un heyətini çox yaxşı tanıyırıq. Bizi ciddi rəqibə qarşı səfərdə çox vacib oyun gözləyir. Bilirik ki, rəqib qrupun taleyini həll etmək üçün qələbə qazanmağa köklənəcək. İkimiz üçün də çox mühüm qarşılaşma olacaq.


Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___