Nazirlik bu dərmanla bağlı xəbərdarlıq etdi
Tarix: 31-10-2016 | Saat: 18:29
Bölmə:Karusel / Səhiyyə / Bizim seçim | çapa göndər
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Aktilize” dərman preparatı ilə bağlı yayılmış şikayətlərə münasibət bildirib.
"Xəbəraz.az "-ın məlumatına görə, son aylar Boehringer İngelheim şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır.
Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb.
Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib.
Nazirlik tibb müəssisələrinə "Aktilize" preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyinə dair xəbərdarlıq edib.
Aktilize preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparatın ehtiyatının saxlanılması tövsiyə olunub.
Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur.
Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib.
Qeyd edək ki, Aktilize preparatı aşağıdakı hallarda trombolitik müalicə üçün göstərişdir:
- Kəskin miokard infarktı
- Qeyri-stabil hemodinamika ilə müşayiət olunan kəskin geniş ağciyər arteriyası emboliyası
- Kəskin işemik insult
Aktilize preparatı aşağıdakı dozalarda buraxılır:
Aktilize 10 mq:
1 flakon 10 mq alteplaza
1flakon 10 ml inyeksiya üçün su
Aktilize 20 mq:
1 flakon 20 mq alteplaza
1 flakon 20 ml inyeksiya üçün su
Aktilize 50 mq:
1 flakon 50 mq alteplaza
1 flakon 50 ml inyeksiya üçün su
1mq/ml konsetrasiyalı alteplaza məhlulu əldə etmək üçün :
10 mq Aktilize – 10 ml inyeksiya üçün suda həll edilir.
20 mq Aktilize – 20 ml inyeksiya üçün suda həll edilir.
50 mq Aktilize – 50 ml inyeksiya üçün suda həll edilir.
Xəbəri paylaş
7988 dəfə oxunub.
Digər xəbərlər

7-09-2017, 15:39
Lütfi Zadənin dünya elminə verdiyi töhfələr
28-11-2021, 14:42
Məşhur müğənni vəfat edib
3-04-2015, 20:40
Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
14-12-2016, 19:59
Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlər dəyişdirilir
30-10-2015, 12:53
Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi
22-05-2017, 13:03
Facebookda sevgili tapmağın 10 QAYDASI
30-06-2017, 12:10
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər
15-04-2016, 15:06
32 məktəb direktoru vəzifəsindən azad edilib
26-07-2017, 17:12
Atası sabirabadlı, anası tovuzlu olan azərbaycanlı qarabala - VİDEO
16-12-2015, 19:00
Ukraynalı nazir Saakaşviliyə stəkan atdı - VİDEO