Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-da təyyarə yanıb: 20 yaralı
Tarix: 29-10-2016 | Saat: 09:48
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

ABŞ-da təyyarə yanıb: 20 yaralı

ABŞ-ın Çikaqo şəhərinin hava limanında "American Airlines" şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində xəsarət alanların sayı 20-yə çatıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu Çikaqo Yanğından Mühafizə xidmətinin nümayəndəsi Xuan Ernandes bəyan edib.

"Tərəfimizdən 20 nəfər xəstəxanalara göndərilib. Onların həyatlarına təhlükə yoxdur. Xəsarət alanların əksəriyyəti təxliyə zamanı, təyyarənin trapı ilə düşərkən yüngül zədələnib", deyə X. Ernandes mətbuat konfransında bildirib.

Yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə "Chicago Tribune" qəzeti məlumat verib.

Xəsarət alanlardan 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür. Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

"American Airlines" yanğının texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

07:32

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, Çikaqoda American Airlines aviaşirkətinə məxsus Boeing 767-300 təyyarəsinin göyərtəsində baş verən hadisə nəticəsində xəsarət alanların sayı 20 nəfərə qədər çatıb.

02:07

Yeddi sərnişin və ekipajın bir üzvü Boeing 767-300 American Airlines təyyarəsində hadisə nəticəsində xəsarət alıb.

01:51

ABŞ-ın Çikaqo şəhərində hava limanında təyyarə yanıb.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, American Airlines şirkətin təyyarəsində yanğın zamanı 10 ekipaj üzvü və 161 sərnişin olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.




Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
27-12-2018, 14:17 Sabah sulu qar yağacaq

bütün xəbərlər
____ Instagram ___