Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şabranda VƏHŞƏT: Yatan qardaşını baltaladı və... (TƏFƏRRÜAT)
Tarix: 25-10-2016 | Saat: 15:02
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şabranda VƏHŞƏT: Yatan qardaşını baltaladı və... (TƏFƏRRÜAT)


Şabran rayonundan qardaşın qardaşı balta ilə vurmasının təfərrüatı məlum olub.
Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, səbəb qardaşlar arasında uzun müddətli olan mübahisədir: “Vüsal Əsgərov Zəka Əsgərov arasında illərdir davam edən mübahisə var. Mübahisənin konkret səbəbi bilinmir. Sadəcə onların sözləri bir-birinə xoş getmirmiş. Vüsal həyat yoldaşı, qızı ilə birlikdə atasının evində qalırmış. Hadisə baş verən günü aralarında heç bir mübahisə olmayıb. Zəka öz otağında olarkən Vüsal balta ilə ora daxil olub və onu vurub. Həmin vaxt Zəka uzanmış vəziyyətdə olub. Onun həmin vaxt yatıb-yatmadığı bilinmir”.
V.Əsgərov ifadəsində etdiyi hərəkətdən peşiman olduğunu deyib. İstintaqa ifadəsində qardaşı ilə yola getmədiyinə görə bu hərəkəti etdiyini deyib.
Qeyd edək ki, Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır dəyərləndirilir.
***
Şabran rayonunda 32 yaşlı kişi qardaşını baltalayıb.
Hadisəyə səbəb mübahisə olub.
Belə ki, 32 yaşlı Vüsal Əsgərov yaşadığı evdə qardaşı Zəka Əsgərovla mübahisə edib. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı V.Əsgərov qardaşı Z.Əsgərovun baş nahiyəsinə balta ilə zərbə endirib. Ağır xəsarət alan Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Əsgərovun vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə V.Əsgərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___