Keçmiş başçı Salyandakı villasına müştəri tapa bilmir - FOTO
Tarix: 25-10-2016 | Saat: 12:09
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

Salyanın keçmiş icra başçısı Tahir Kərimov rayonda 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır.
"Xəbəraz.az " virtualaz.org -a istinadən bildirir ki, Salyan şəhərindəki 3 mərtəbəli bu villanın yerində əvvəllər şəhid Vüqar İsayevin adını daşıyan 6 saylı uşaq bağçası olub. Amma 2013-cü ildə bağça sökülüb və yerində başçının sürücüsü Yusif Əzizovun adına villa inşa olunub.
İnşaat işləri aparılan müddətdə evin qarşısından keçən küçənin bir hissəsi də zəbt olunaraq həyətə qatılıb. Baş verənlərə rayon sakinlərinin haqlı narazılığına isə məhəl qoyan tapılmayıb.
Sonradan T.Kərimov nüfuzundan istifadə edərək zəbt etdiyi küçəni də villasının ərazisi kimi qeydiyyata aldıra bilib. Amma ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, keçmiş başçı villasını rayon yeri üçün çox baha - 150 min dollara satışa çıxardığından 6 aydır ki, müştəri tapılmır. Sadə salyanlıların arzusu isə həmin villanın körpə uşaqların istifadəsi üçün yenidən uşaq bağçasına qaytarılmasıdır.
Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan RİH-nin başçısı olub.
5978 dəfə oxunub.
Digər xəbərlər

29-03-2015, 02:14
Bürclərin pis və gülməli tərəfləri
22-12-2016, 13:36
Havalar mülayimləşir - Proqnoz
5-11-2021, 13:33
Tələbələrə ŞAD XƏBƏR: 22 milyon manat vəsait ayrılacaq
30-11-2022, 12:15
“HB Güven” və tanınmış həkim məhkəməlik oldu - Əməliyyatda qazinin sağlam ayağı yanıb
20-06-2016, 12:56
Rusiyanın V kolonu Polşada aktivləşdi
29-11-2016, 11:40
Bakıda ata, ana və iki azyaşlı uşaqları diri-diri yanıb öldü - Əli Həsənov hadisə yerində - TƏFƏRRÜAT - VIDEO
17-03-2017, 20:03
İran və Səudiyyə Ərəbistan Həcc ziyarəti ilə bağlı razılığa gəlib
6-10-2017, 15:04
Azərbaycanda sel evi uçurdu, qadın çətin vəziyyətdə qaldı - VİDEO
20-02-2016, 20:42
Kondisioner ustası polis maşınını niyə çəkiclədiyini açıqladı
14-01-2016, 00:06
“Nigar Camal bu dəfə qızları ilə - Fotosessiya