Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heyvanın faydalı xüsusiyyətləri
Tarix: 24-10-2016 | Saat: 22:37
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Heyvanın faydalı xüsusiyyətləri

Heyva çox qədimdən şərq ölkələrində becərilən və istifadə olunan qiymətli bitkilərdən biridir. Heyva 1,5 – 5 m-ə qədər hündürlüyü olan ağacdır. Onun yumurtavarı, yaxud girdə şəkildə yarpaqları və solğun-çəhrayı çiçəkləri var. Yarpaqlarının alt hissəsi yumşaq tüklərlə örtülüdür. Xoşagələn ətirli və dadlı, yetişəndə sarı rəngə boyanan meyvələri olur. Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Heyva çox faydalı bitki kimi respublikamızın əksər rayonlarında çox qədimdən becərilir.


Qədimdə Aralıq dənizi sahillərində heyva məhəbbət rəmzi kimi tanınırdı və məhəbbət ilahəsi Veneraya həsr olunurdu.
Respublikamızın dağ ətəklərində yabanı halda bitən heyva ağaclarına da rast gəlmək olur. Lakin yeyinti sənayesində, eləcə də təbabətdə ən çox becərilən heyvadan istifadə olunur.
Tərkibi:


Heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr var: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular, karotin və C vitaminləri, aşı maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar.
Heyva toxumlarında isə 14 – 18 % selikli maddələr, 16 – 20 % piyli yağ, 1- 2 % qatran və çoxlu miqdarda zülal var.
Faydaları:


Heyva qlükoza, fruktoza, kalsium, dəmir, fosfor və kalium duzları, mis birləşmələri, petkinlə zəngindir.
Heyva həlimi – 10 qram heyva üzərinə 100 ml qaynar suyu tökün. Uşaqlıq qanaxmalarnın qarşısını almaq üçün yeməkdən qabaq bir xörək qaşığı yeyin.
Heyva mürəbbəsi və ya biçmiş heyva qaraciyər xəstəliklərinin müalicəsində effektiv vasitə sayılır.
Təzə meyvənin şirəsi qan azlığında, həzm yolları, ürək-damar sisteminin xəstəlikləri və ya ishal zamanı sidikqovucu vasitə kimi qəbul edilir.
Heyva qusma dayanmasına kömək edir, heyva toxumu isə sinə yumşaldıcı, yaxşı və antiseptik xüsusiyyətlərə malikdir.
Heyva tumunun həlimi xaricə də tətbiq olunur. O, angina və ya göz xəstəlikləri zamanı, həmçinin, dərini yumşaldan vasitə kimi istifadə olunur.
Dərman məqsədilə yetişmiş meyvələrdən toxumları ayrılıb götürülür, günəşli havada qurudulur, sonra ondan çay hazırlayıb soyuqdəymələrdə sinə yumşaldıcı dərman kimi içilir.
Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər.
Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir.
Xalq təbabətində meyvələrini inək yağında bişirilir, nəfəs yolları xəstəliklərində: xroniki bronxitdə, eləcə də vərəm xəstəliklərinin müalicəsində istifadə olunur.
Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.
Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stress, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir.


Heyvanın unikal antivirus xüsusiyyətləri onu qrip və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.
Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.
Heyvanın daim qəbulu orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir.
Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.
Heyva şirəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirinə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.
Heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş şəkildə qəbul etmək daha yaxşıdır. Təzə heyva spesifik turş dada malikdir və çətinliklə həzm olunur (xüsusilə də böyük miqdarlarda). Lakin bir neçə təzə heyva dilimi insana yalnız xeyir gətirə bilər.
Image result for Айва

Gənclik mənbəyi
Heyva orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır. Heyva qədim zamanlardan kosmetologiyada istifadə olunur. Belə hesab olunurdu ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. Kosmetologiyada heyva şirəsi yağlı dərinin təmizlənməsi üçün və çillərlə mübarizədə istifadə olunur. Heyvanın təzə şirəsində pambıq diskini isladın və gündə bir neçə dəfə dərinizi silin. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir və daha hamar və parlaq edir.
Image result for Айва

Saçların yağlılığını azaldmaq üçün heyva yarpaqları və toxumları ilə olan dəmləmələr istifadə olunur. Təmiz saçları bu dəmləmə ilə hər gün yaxalayın. Bir müddətdən sonra saçlarınız daha sağlam və parıltılı görünəcək.
Respublikamızın bir sıra rayonlarında heyvadan müalicə məqsədilə geniş istifadə olunur. Məsələn, heyva ağacının qol-budaqlarının qabıqlarını soyub qurudur, sonra ondan çay hazırlayıb, soyuqdəymələrdə içirlər. Toxumlarından ilıq suda dəmləyib, bəlğəmgətirici və sinə yumşaldıcı dərman kimi qəbul edirlər.
Azərbaycan mətbəxində də heyvadan istifadə olunur, müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. Heyvadan hətta heyva dolması da hazırlanır.
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, heyva son dərəcə qiymətli və faydalı bitkidir. Onun respublikamızda daha geniş becərilməsi vacibdir.
Yekun:


İstifadə olunur:
Mədə-bağırsaq xəstəlikləri zamanı
Böyrək xəstəlikləri zamanı
Ürək-damar sisteminin xəstəlikləri
Bronxial astma
Qan azlığında
Uşaqlıq yolunda güclü qanaxmalarda
Paradontoz
Dəri çatlarında
Yanıqlarda və dəri qıcıqlarında
Həzm traktının fəaliyyətini yaxşılaşdırır.
Sidikqovucu vasitədir.
Qankəsən vasitədir.
Antiseptik təsiri var.
Yaralara sakitləşdirici təsir göstərir.
Heyvanın təhlükəli xassələri
Özünün bütün müalicəvi xassələrindən başqa, heyvanın bəzi zərərləri də var. Məlumdur ki, heyva toxumlarının büzücü təsiri var. Odur ki, heyva tumları mədə xorası olan insanlara məsləhət deyil. Çünki qəfil tutmalar yarada bilər.
Həmçinin plevrit zamanı heyva yeməkdən çəkinmək lazımdır. Əks halda qəbizlik yarada bilər.


Heyvadan çox istifadə qırtlağı qıcıqlandırır, səs tellərinə mane olur və öskürək tutur. Buna əsaslanaraq, mütəxəssislər tez-tez nitq söyləyirləyən insanlara heyva yemək məsləhət görülmür.


Xəbəri paylaş

8798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___