Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan millisi Bakı 2015-də inamlı təsir bağışlayacaq”
Tarix: 16-03-2015 | Saat: 16:47
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Azərbaycan millisi Bakı 2015-də inamlı təsir bağışlayacaq”
“Azərbaycana səfərimdən məmnunam. Burada gördüklərim çox xoşdur. Azərbaycanda idmana böyük diqqət, qayğı var. Ölkənin idman infrastrukturu da əladır”. Sportpress.az saytına istinadən xəbər veririk ki, bu sözləri futbol üzrə Fransa millisinin sabiq üzvü, 1998-ci ilin dünya çempionu, hazırda Bakıda səfərdə olan Kristian Karambö deyib.

Bakı 2015 I Avropa Oyunlarında çimərlik futbolu üzrə turnirin püşkatma mərasiminə qatılan veteran futbolçu, futbol üzrə Azərbaycan millisi haqda da fikirlərini bölüşüb: “Azərbaycan milli komandasına dostum Robert Prosineçki başçılıq edir. O mənə dedi ki, yığmanızı DÇ-2018-ə hazırlayır. Ancaq mən istərdim ki, Azərbaycan millisi Fransada təşkil ediləcək AVRO-2016-da da çıxış etsin”.

Karambö çimərlik futbolu üzrə millimiz haqda isə bunları deyib: “Çimərlik futbolu üzrə millinin baş məşqçi ilə də danışdım, komanda haqda məlumatlar aldım. Hesab edirəm ki, Azərbaycan millisi Bakı 2015-də inamlı təsir bağışlayacaq. Komanda yeri publika önündə oynayacaq və belədə azarkeşlər də komandaya lazımı dəstəyi verəcəklər”.


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___