Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır
Tarix: 22-10-2016 | Saat: 12:20
Bölmə:Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı | çapa göndər

Nazirlik: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır
Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter aşıyır”.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir. Bəyanatda deyilir:
“Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb. Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə, düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
23-02-2017, 15:37 "Real"a daha bir zərbə

bütün xəbərlər
____ Instagram ___