Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kənd toyuğu adı altında broyler satılır - Video
Tarix: 22-10-2016 | Saat: 00:52
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Kənd toyuğu adı altında broyler satılır - Video
Bakının Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında natəmiz şəraitdə kənd toyuğu adı ilə broyler toyuğu satılır.

Natəmiz vəziyyətdə saxlanılan bu toyuqlar həm də açıq havada satıcılara təklif edilir. Bir neçə metrlikdə isə zibil qabları yerləşir.

Belə antisanitar satışla bağlı 23 saylı Baytar Sanitar Ekzpertiza İdarəsinin rəisi Mehman Əliyev danışıb. Rəis bildirib ki, kənd toyuğu ilə broyleri seçməyin bir sıra üsulu var. Vətəndaşlar ilk növbədə toyuğun rənginə fikir verməlidirlər. Toyuğun xarici görünüşü sarımtıl rəngdədirsə, deməli, kənd toyuğudur. Ancaq burda da diqqət ediləsi məqam var. Çünki bəzi satıcılar toyuğun üzərini sarıköklə rəngləyə bilərlər.

Mehman Əliyev deyir ki, baytarlıq nəzarətindən keçmək üçün bazara gətirilən kəsilmiş toyuğun daxili orqanları üzərində olmalıdır. Yoxlamadan sonra hər bir toyuğun üzərinə sağlamlığını təsdiq edən möhür də vurulur. Müayinədən keçirildikdən sonra toyuğun satışına icazə verilir. Bəs antisanitariya vəziyyətində satılan toyuqlardan istifadə hansı xəstəliklər yarada bilər?






Xəbəri paylaş

1 1718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___