Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşət: Təcili Yardım Bakı küçəsində can verən yaşlı qadına yaxın durmadı (VİDEO)
Tarix: 21-10-2016 | Saat: 19:29
Bölmə:Karusel / Hadisə / Səhiyyə / M2 / Xəbəraz TV | çapa göndər

Dəhşət: Təcili Yardım Bakı küçəsində can verən yaşlı qadına yaxın durmadı (VİDEO)


Bakıda yaşlı qadın küçə ortasında ölümcül vəziyyətdə tapılıb.
Bu barədə Teymur Həsənov adlı şəxs sosial şəbəkədə məlumat yayıb. Vətəndaş bildirib ki, yaşlı qadını Xaçmazdan Bakıya göndəriblər, amma onun yaxınlarını tapmaq mümkün deyil:

"20 yanvarda bir sürücü məndən xahiş etdi ki, bu yaşlı qadını Logman Klinikasına apar (özü şəhəri tanımırdı). Razılaşdım. Bu qoca nənəni bir təhər maşınıma mindirdik. Ehtiyat üçün sürücünün nömrəsini aldım. Yolda həmin klinikaya zəng etdim. Dedilər ki, bu gün işləmirik. Bu qoca nənəyə deyirəm ki, bəs ora işləmir, sizi hara aparım? Arvad danışa bilmir. Zorla xırıldaya - xırıldaya dedi ki, elə ora apar.

Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.
Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.

Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı. Sonra kimləsə danışdı və gəlib arvada dedi ki, davay az dur gedək. Arvada heç ilk tibbi yardım belə göstərmədilər. Axırda yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik. Nənə ölməsə də, bizim həkimlər onun axırına çıxacaqlar".


Xəbəri paylaş

9058 dəfə oxunub.

Digər xəbərlər
24-02-2016, 10:02 Bu gün hava dəyişəcək

bütün xəbərlər
____ Instagram ___