Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"07" əvvəl beton səkiyə, daha sonra işıqfora çırpıldı: 2 yaralı - YENİLƏNİB - VİDEO
Tarix: 21-10-2016 | Saat: 18:33
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"07" əvvəl beton səkiyə, daha sonra işıqfora çırpıldı: 2 yaralı - YENİLƏNİB - VİDEO

18:27

Göygöl şəhəri ərazisində rayon sakini, 20 yaşlı Məmməd Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı maşın qarşıda dönmə əməliyyatı edən digər avtomobillə toqquşub.

ARB TV xəbər verir ki, zərbənin təsirindən "VAZ 2107" yol kənarındakı beton səkiyə və işıqfora çırpılıb. İşıqfor yararsız hala düşüb. VAZ-ın sürcüsü və digər avtomobilin sərnişini, rayon sakini 60 yaşlı Ayaz Aşurov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Məharət Kərimov - həkim: "Xəstənin birində sol bud sümüyünün 1/3-nin sınığı, burun nahiyəsinin və sol əlin barmaqlarının əzilmiş, çapılmış yaraları müşahidə olunub. İkinci xəstənin döş qəfəsinin əzniyi, sağ aşağı ətrafın əzniyi və burunun sağ tərəfinin əzniyi müşahidə olunub. Hər iki xəstəyə stasionar müalicə təyin olunub. Xəstələrin ümumi vəziyyəti orta-ağırdır".



----------

08:29

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Göygöl-Toğana avtomobil yolunun Göygöl şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada iki avtomobil toqquşub. Qəza zamanı sürücülərdən biri 1996-cı il təvəllüdlü Məmməd Mahiyyədin oğlu Məmmədov və digər avtomobilin sərnişini, 1956-cı il təvəllüdlü Ayaz Müzəffər oğlu Aşurov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.




4788 dəfə oxunub.

Digər xəbərlər
6-11-2015, 21:12 Sibel Can Bakıda

bütün xəbərlər
____ Instagram ___