Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməkdar artist azyaşlı qohumunun həyatını təhlükəyə atdı - VİDEO
Tarix: 21-10-2016 | Saat: 18:08
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Əməkdar artist azyaşlı qohumunun həyatını təhlükəyə atdı - VİDEO

Skripkaçı Səlim Abbasov yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, bir video ilə 5 qayda pozuntusuna yol verdiyini nümayiş etdirib.
"Xəbəraz.az " avtosfer.az-a istinadən bildirir ki, əməkdar artist bunu təsdiq edən videonu özü sosial şəbəkələrdə yayıb. Kadrlardan da göründüyü kimi, Səlim sükan arxasında yol hərəkəti qaydalarını heçə sayır. O, özünün də dediyi kimi, bacısı oğlu olan 2 yaşlı uşağı avtomobilin ön oturacağında oturdub. Hansı ki, bu hərəkət qanunla qadağandır. Bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim özü təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Maraqlıdır ki, bəs görəsən, sükanı necə tutub? Olmaya, Səlimin üç əli var?

Bir videoda 5 qayda pozuntusuna yol verən əməkdar artistin bunu çəkib sosial şəbəkələrdə yaymaqla başqalarına pis nümunə olması heç də yaxşı hal deyil.
Qeyd edək ki, bu videoda Səlim Abbasovun pozduğu qaydalar bunlardır:
1 - Sərnişindaşıma qaydalarının pozulması - 60 manat-3 bal.
2 - Təhlükəsizlik kəmərindən istifadə etməmək - 40 manat.
3 - Mobil telefonu əldə tutmaqla ondan istifadə etmək - 50 manat.
4 - Hərəkət zamanı əlini sükandan çəkmək (Sənətçi bir əlində telefon tutub, digər əlində isə banan var. Onun 3 əli olmadığını nəzərə alsaq, bu, o deməkdir ki, hərdən əlini sükandan çəkir-red.) - 40 manat
5 - Sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaq.




Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___