Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızıl Məryəmin qızı: "Qətli sevgilim törədib"
Tarix: 21-10-2016 | Saat: 13:36
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Qızıl Məryəmin qızı: "Qətli sevgilim törədib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verib.

O, ifadəsinin əvvəlində Günel Hüseynova ilə yaranmış münasibətdən danışıb. Bildirib ki, Günel Hüseynovanın vasitəsi ilə onun anası Məryəm Nemətzadəni tanıyıb: "Öyrəndim ki, Günelin anası "Moskva" univermağında qızıl alveri ilə məşğul olur. Mən də ondan qızıl götürdüm. Bütün qızılların pulunu ödəmişəm".

Asim Məmmədov Günellə münasibətinin olduğunu vurğulasa da, Məryəmin qətlindən xəbərsiz olduğunu deyib.

Prosesdə çıxış edən Günel Hüseynova bildirib ki, cinayətin törədilməsini Asim Məmmədov təşkil edib:

"Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva" univermağında qızıl alveri ilə məşğul olduğunu bilib. O, anamdan xeyli miqdarda qızıl götürmüşdü, amma pulunu ödəyə bilmirdi. Buna görə də anamla Asim arasında tez-tez mübahisə yaranırdı. Mübahisələri olsa da, Asim qızılların pulunu ödəmədi. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirdi".

Asim Məmmədov Günel Hüseynovanın yalan danışdığını, bu qətldən ümumiyyətlə xəbəri olmadığını deyib.

Proses oktyabrın 24-də davam edəcək.

İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.

Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

Qətlə yetirilən Məryəm Nemətzadə "Qızıl Məryəm" ləqəbli iş adamı kimi tanınıb.


Xəbəri paylaş

7808 dəfə oxunub.

Digər xəbərlər
28-05-2015, 21:31 36 xeyirli vərdiş

bütün xəbərlər
____ Instagram ___