Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda tanınmış cərrahın evində partlayış: körpə qızı öldü - FOTO - YENİLƏNİB
Tarix: 20-10-2016 | Saat: 11:40
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycanda tanınmış cərrahın evində partlayış: körpə qızı öldü - FOTO - YENİLƏNİB


Bu gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub."Xəbəraz.az "-ın məlumatına görə, Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.




Qeyd edək ki, hadisədə ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ş.Novruzova, həyat yoldaşı və 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*****


9:38


Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

APA-nın məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

07:56

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda tanınmış cərrahın evində partlayış: körpə qızı öldü - FOTO - YENİLƏNİB


Xəbəri paylaş

1 0228 dəfə oxunub.

Digər xəbərlər
8-01-2018, 11:32 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___