Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda polis qayda pozdu, araşdırma başladı - Video
Tarix: 20-10-2016 | Saat: 00:10
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda polis qayda pozdu, araşdırma başladı - Video


Sayrışan işıqlarını yandırmadan yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Bu da hərəkətə mane olmaqla yanaşı, qəza şəraiti də yaradır. Görüntülər paytaxtın Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində şahidlər tərəfindən mobil telefonla çəkilib.

Xəzər TV xəbər verir ki, çəkiliş hündürmərtəbəli binadan çəkildiyi üçün patrul avtomobilinin dövlət nömrə nişanı görünmür. Belə aydın olur ki, həmin avtomobilin inspektoru qaydanı pozan VAZ-2107 markalı avtomobilə “saxla” əmri verib. Amma yol polisi özü burda qaydanı pozaraq patrul maşınını yolun hərəkət hissəsində saxlayaraq dönüb geri qayıdan avtomobillərə maneə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol polisi bu vəziyyətdə “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin tələbini, yəni, “Dayanma və durma” qaydalarını pozub. Ekspertin sözlərinə görə, yol polisi nəqliyyatın hərəkətinə mane olmamalıdır. Amma həqiqətən də zərurət yaranarsa yol polisi, bütün təhlükəsizlik tədbirləri görərək avtomobili yolun hərəkət hissəsində saxlaya bilər. Hətta bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddia var.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələ ilə bağlı idarədə həmin patrul avtomobilinin və avtomobildə xidmətdə olan yol polislərinin araşdırıldığını dedi. “Biz həmin yol polislərini müəyyən etdikdən sonra onları cərimələyəcəyik”, - deyə bölmə rəisi bildirdi.

Qeyd edək ki, bu qayda pozuntusuna görə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub.



Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___