Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO
Tarix: 19-10-2016 | Saat: 17:05
Bölmə:Karusel / Texnologiya | çapa göndər
Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişikliklər aparmaqdadır. Sonuncu dəfə 24 saat fasiləsiz yayımı istifadəçilərə təqdim edən Facebook, bununla sanki televiziya kanalları və həvəskar çəkilişi sevənlərin qarşısındakı maneələri açmış oldu. Canlı yayım həm biznes və təşkilati, həm də dostlarınızla unudulmaz anlarınızı canlı olaraq paylaşmaq üçün əvəzolunmaz vasitədir. Belə olan halda Facebook canlı yayım xüsusiyyətinə yeni bir funksiya daha əlavə edib. Belə ki, siz artıq canlı yayımlarınızı planlı şəkildə həyata keçirə biləcəksiniz. Bu yenilik sayəsində daha çox insanı özünüzə cəlb etmək imkanınız olacaq.
"Xəbəraz.az " bildirir ki, tanlı yayım planlandıqdan sonra şəxsin səhifəsində görüntülənəcək və istəyən şəxslər həmin saat və tarixdə xatırlatma funksiyasını istifadə edərək qoşula biləcəklər. Bildiriş almağı istəyən şəxslər yayımın başlamasına 3 dəqiqə qalmış bildiriş alacaqlar. Bu 3 dəqiqə içərisində yayımı izləyən digər istifadəçilərlə də söhbət edə biləcəksiniz. İstifadəçilər canlı yayım planını 1 həftə sonrasına qədər planlaya bilərlər.
Bu yenilik bəziləri üçün Cümə axşamından etibarən aktiv edilsə də, gələn həftədən başlayaraq qismən bütün Facebook səhifələrinə şamil olunacaq.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

18-10-2020, 10:46
Qarabağa döyüşməyə gələn Ohanyan məhv edildi
9-10-2020, 14:48
Mingəçevir və Ağcabədi yenidən intensiv atəşə tutulur - MN
6-05-2018, 11:57
Dilini görənlər gözlərinə inana bilmirlər - Fotolar
7-12-2018, 14:45
Orduxan Teymurxana cinayət işi açıldı
23-08-2017, 20:51
Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM
7-07-2015, 22:28
İrlandiyalı jurnalist Qarabağdan yazdı
30-03-2017, 13:17
Qadın “Park Bulvar”dan paltar oğurladı, tutuldu
2-07-2022, 11:04
"Məni öldürmək fikrindədirlər" - Kamil Zeynallıdan ŞOK
21-12-2016, 16:46
Tanınmış futbolçunun ölüm anı - "Range Rover"i belə aşdı... - VİDEO
27-07-2018, 19:15
Küçə-küçə qazılan Xırdalan - REPORTAJ