Azərbaycanda yeni qızıl yatağı tapıldı
Tarix: 18-10-2016 | Saat: 13:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında yeni mənbədə qızıl kəşfiyyatı üçün yeni lisenziya alıb.
Report xəbər verir ki, yeni yataq “Uğur” adlandırılıb.
“Ugur” şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir. Aparılmış testlər və qazıntı nümunələri ərazidə 87% qızıl olduğunu müəyyən etməyə imkan verib.
Şirkətin baş icraçı direktoru Reza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: “İnanıram ki, "Anglo-Asian" çox əhəmiyyətli mövqedədir və bu mövqe onun minerallarla zəngin olan "Gədəbəy"də davamlı olaraq hasilatına şərait yaradacaq”.
Məlumata görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. Əsas diqqət çəkən isə 34 metrə qədər hər ton üçün 0,39 qram, 13 metrə 0,83 q/t və 35 metrə 5,45 q/t-dur.
Açıqlamada qeyd edilir ki, gələcəkdə “Uğur”un kəşfiyyat ərazisi 1 500 metrə qədər cənuba genişləndiriləcək.
Artıq "Anglo-Asian Mining Plc." işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

26-03-2017, 22:49
ANARIN KLİPİNDƏN İLK GÖRÜNTÜLƏR – “ВТОРОЕ ДЫХАНИЕ”
29-03-2015, 20:19
Masallı sakini "Reno"nu Benzinsiz sürür-Əla Fikirdi -Video
1-07-2015, 22:49
Məktəb direktoru danışdı: ”Orada elə kadrlar var ki,...”
28-07-2015, 10:50
Ədalət Şükürov artıq Dağıstanın xalq artisti oldu.(FOTO)
19-11-2021, 13:28
Qarabağı Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizi açılıb - İDDİA
13-03-2021, 10:22
Erməni əsilli Maral Nacaryan snayperçi olmayıb -Həqiqət üzə çıxdı
26-07-2016, 18:10
Referendum sentyabrın 26-sı keçiriləcək - Prezident sərəncamı
31-01-2019, 12:34
Məhkumları damğalayan cəmiyyət - İŞƏ GÖTÜRMÜRLƏR
27-06-2017, 13:26
Sabahın hava proqnozu açıqlandı
3-09-2018, 12:17
"Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur" - Ərdoğan