Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: "Müstəqilliyimizin əbədi olacağına inanıram"
Tarix: 17-10-2016 | Saat: 21:57
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Aqil Acalov: "Müstəqilliyimizin əbədi olacağına inanıram"

Alpaqut Federasiyasının prezidenti Aqil Acalov Azərbaycanın Dövlət Müstəqilliyinin elan olunmasından ötən 25 il ərzində respublikada yenidənqurma və quruculuq işlərinin yüksək səviyyədə aparılmasından fərəhlə söz açaraq Azərbaycanın müstəqil və sürətlə inkişaf edən bir ölkə olaraq qloballaşan dünyada öz yerini tutduğunu diqqətə çatdırıb: "Bütün Azərbaycan Respublikası vətəndaşlarını, bu ölkəyə ürəkdən bağlı olan həmvətənlərimi müstəqilliyimizin 25-ci ilini yaşamağımız münasibətilə təbrik edirəm. Müstəqillik, inkişaf, güc, qüdrət heç bir ölkəyə hazır şəkildə verilmir. Biz bu müstəqilliyi qazanmaq üçün çox mübarizələr aparmışıq, müstəqilliyimizə aparan yollar hamar olmayıb, amma bir əsrdə iki dəfə müstəqilliyimizi elan edərək gücümüzü, adımızı dünyaya duyurmuşuq. 25 il öncə Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyimiz haqqında Konstitusiya Aktını qəbul etməsi də respublikamızın qarşısında yeni üfüqlər açdı".

Federasiya prezidenti "Xəbəraz.az " -a açıqlamasında Azərbaycanın müstəqilliyinin elan olunduğu 1991-ci il 18 oktyabr gününü yada salaraq, bu tarixi hadisənin əleyhinə səs verilmədiyini də xatırladıb: "Həmin dövrdə baş verən ictimai-siyasi hadisələrə, ölkədəki gərgin vəziyyətə baxmayaraq, Ali Sovetin iclasında bir nəfər də olsun müstəqilliyimizin əleyhinə çıxmadı. Ali Sovetin 360 deputatından 258-si bu tarixi olayın lehinə səs verdi. Yerdə qalan deputatlarıb da çoxusu səsverməyə qatılmadı, çox az qismi isə bitərəf qaldı. Müstəqillik Aktının əleyhinə bir nəfər də səs vermədi, müstəqilliyimizə bir nəfər də qarşı çıxmadı".
Aqil Acalov 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi sayılan müstəqil və demokratik Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyduğunu bildirərək müstəqilliyimizin əbədi olacağına inandığını da vurğulayıb.


Xəbəri paylaş

1 0588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___