Qidaların dadını dəyişə bilən çəngəl hazırlanıb
Tarix: 16-10-2016 | Saat: 11:30
Bölmə:Karusel / Maraqlı / Bizim seçim | çapa göndər
London Universitetinin professoru Edrian Çeokun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən ərzaqların dadını dəyişə bilən “ağıllı” çəngəl - cihaz hazırlanıb. “Taste Buddy” adlı bu cihazın yaradılmasının əsas məqsədi qidaların insan üçün daha sağlam olmasını təmin etməkdir.
"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, qidalara zəif elektrik cərəyanı ötürərək çalışan cihaz insan orqanizmi üçün tamamilə təhlükəsizdir. Ağızda olan reseptorlar da ona qarşı həssasdırlar. Belə ki, çəngəl qidanın daha şirin və ya daha duzlu dad verməsini təmin edə bilir. Mütəxəssislər ilıq qidalarda şirin dadın soyuq qidalara nisbətən daha çox hiss olunduğunu təyin ediblər. Buna görə də çəngəl 40 dərəcəyə qədər qıza bilir.
Cihazın işlək prototipi ilk dəfə İngiltərənin Birmingham şəhərində keçirilmiş “The Big Bang UK” yarmarkasında təqdim olunub. Bu yeni növ çəngəli sınaqdan keçirənlər duz və şəkərdən daha az istifadə edirlər. Bu isə həzm və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edərək çəkinin azalmasına imkan yaradır.
Cihazın hazırlanma səbəbini açıqlayan Edrian Çeok deyib: “Çəngəl maraqlı bir təcrübə üçün hazırlanmışdı. Daha sonra o, böyük potensialı olan bir layihəyə çevrildi. Bu texnologiyanı təkcə çəngəldə reallaşdırmaq şərt deyil. Əşyanın formasının heç bir önəmi yoxdur. Gələcəkdə hətta dad dəyişən qaşıqların və fincanların da hazırlanması planlaşdırılır. Bu texnologiyanın təkmilləşdirilməsi dad dəyişilməsinə daha kəskin təsir etməyə imkan verəcək. Məsələn, insanlar tərəvəzlərin dadını şokolada çevirə biləcəklər”.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

30-03-2015, 18:01
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman 3 cü Hissə
28-08-2017, 23:20
Əsgər valideynlərinə şad xəbər
5-09-2018, 18:29
"Qadınlar kənddən gəlib şəhərdə qəlyan çəkir" - Elza Seyidcahan
27-07-2015, 12:09
Ankarada İŞİD əməliyyatı
27-11-2018, 12:23
Lotu Qulinin adamı Bakıda tutuldu
28-06-2015, 23:01
Bu yazıdan sonra şəkil çəkdirənlərin sayı azalacaq
14-07-2015, 18:48
Nazəninin əri Təranə Qumralın həbsini tələb etdi (FOTO,VİDEO)
5-05-2016, 03:20
“Messenger”də özü silinən mesaj funksiyası olacaq
17-03-2016, 11:12
Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı
31-07-2021, 10:48
Ağzını 6,5 sm aça bilən qadın Ginnesin Rekordlar Kitabına düşdü