Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda itlərə yem edilən avtoritetin kimliyi bilindi - Foto
Tarix: 15-10-2016 | Saat: 11:27
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda itlərə yem edilən avtoritetin kimliyi bilindi - Foto

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.

Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. Fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс” döyməsi var.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq, Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.

Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib.

DİN-dən verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikolayeviç Bakay olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda itlərə yem edilən avtoritetin kimliyi bilindi - Foto
Bakıda itlərə yem edilən avtoritetin kimliyi bilindi - Foto


Xəbəri paylaş

9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___