Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı - YENİLƏNİB - VİDEO
Tarix: 12-10-2016 | Saat: 18:22
Bölmə:Karusel / Hadisə / Bizim seçim / Xəbəraz TV | çapa göndər

"Suyun içində boğuluruq" - Lənkəranı su basdı - YENİLƏNİB - VİDEO


17:50

Leysan yağışlar nəticəsində Lənkəranda bəzi evləri və həyətləri su basıb.

ARB TV xəbər verir ki, yağışlı havalar başlayan kimi yenə Lənkəranda fəsadlar özünü göstərdi. Həm şəhər ərazsində həm də kəndlərdə subasmalar qeydə alındı. Payız-qış fəslində belə yağışların çox olması sakinləri çox narahat edir.

İki gündür yağan yağış şəhərin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi və Akademik Zərifə Əliyeva küçəsində yerləşən həyətləri su basıb.

Şəhərə bitişik Şiləvar, Digah və digər kəndlərdə də subasmalarla müşahidə olunur. "Küçələrdə, həyətlərdə yığılan su sakinlər üçün çətinliklər yaradır: "Xəstə adamam, şəkərim var. Xəstə adam suyun üstündə uzanar? Suyun içində boğuluruq. Yol-iz yoxdu. Yol cəhənnəm. Evimin altı tamam sudu".

Əksər küçələrdə gölməçələr yaranıb. Maşınların və piyadaların hərəkəti çətinləşib. Kənd sakinləri mal-qara və ev quşalarının tələf olacağından narahatdırlar. Sakinlər bildirirlər ki, artıq illərdir sözügedən problemi yaşayırlar. Yağışlı havalar başlayan kimi su axar kanallar tutulduğundan və təmizlənmədiyindən həyətləri və evləri su basır.

Düşən yağıntı aylıq normanın yarısı həcmindədir və Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsinin 50-70 santimetr yüksəlməsinə səbəb olub. Yağışlı havaların isə hələ bir neçə gün davam edəcəyi bildirilir.

---------

13:14

Ötən gecədən başlayan intensiv yağış Lənkəranda subasmalara səbəb olub.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, şəhərin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi boyunca su kollektorunda suyun səviyyəsinin qalxması ilə nisbətən çökəkdə yerləşən həyətlərə su dolub.
Akademik Zərifə Əliyeva küçəsinin də bir neçə metrlik hissəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneə yaranıb. Bir neçə həyəti su basıb.
Lənkəran çayında da suyun səviyyəsi xeyli artaraq, ətraf yaşayış evləri üçün narahatlıq yaradıb. Şiləvar kəndində ilkin məlumata görə, 50-dən artıq təsərrüfata ziyan dəyib. Kosalar kəndində də yeni salınan yaşayış massivindəki evlər su altında qalıb. Girdəni çayı üzərindəki körpüdə qismən qəza vəziyyəti yaranıb.
Hazırda Lənkəran Yol-İstismar İdarəsinin canlı qüvvəsi və texnikalarının köməyi ilə iş aparılır. Şəhər ərazisində su basan ərazilərdən suyun kənarlaşdırılması üçün generatorlardan istifadə olunur.
Lənkəran Regional Hidrometeorologiya müəssisəsinin direktoru Cavid Hüseynov yağıntının oktyabrın 14-dək davam edəcəyi, dağlıq ərazilərdə sula qara keçə biləcəyi, bəzi yerlərdə leysan xarakterli olacağını bildirib. O, çaylarda suyun səviyyəsinin 70 sm artdığını, kiçik çaylarda qısa müddətli daşqın və sel ehtimal edildiyini söyləyib.



Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___