Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda Aşura mərasimi - FOTOLAR
Tarix: 12-10-2016 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Bakıda Aşura mərasimi - FOTOLAR

Bu gün saat 07:00-dan başlayaraq, Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
"Xəbəraz.az "xəbər verir ki, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunub.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə açıqlamasında deyib ki, bu gün saat 10:00-a qədər 1000-ə yaxın insan artıq qan verib. Onun sözlərinə görə, qanvermə aksiyası gün ərzində davam etdiriləcək:
“Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq”.
Onun sözlərinə görə, səhər saat 07 radələrindən başlayan qanvermə aksiyalarında iştirak edənlərin sayı hər an artmaqdadır: “İnsanlar əvvəlcə məscidlərdə ayinlərini yerinə yetirib sonra qanvermə aksiyasında iştirak edirlər. Ona görə də günorta saatlarında qan verənlərin sayının artacağı gözlənilir. Aksiya axşam saatlarına qədər davam edəcək”.
Z.Əlimirzəyeva bildirib ki, qan verən şəxslərin acqarına olması mütləq deyil. Yüngül səhər yeməyi ilə qan vermək olar: “Əlbəttə, əvvəlcə qan verənlərin hər hansı xəstəliyinin olub-olmadığı öyrənirik. Hemoqlobin səviyyəsi yoxlanılır. Görmə problemi olanlar, yaşı, çəkisi normadan az olanlardan qan götürülmür. Həmçinin bir neçə ay əvvəl xarici ölkədən gələnlərin virus daşıyıcısı ehtimalı nəzərə alınaraq onlardan da qan götürülmür. Bununla yanaşı götürülən qan nümunuləri laborator müayinələr aparıldıqdan sonra istifadəyə veriləcək. Xəstəlik aşkarlanan qan yararsız hesab ediləcək”.
Qeyd edək ki, qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir. Bunlar aşağıdakılardır:
Yasamal rayonu - “Təzəpir” və “Hacı Soltanəli” məscidləri;
Səbail rayonu - “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri;
Suraxanı rayonu - “Qaraçuxur” qəsəbə məscidi;
Xəzər rayonu - “Mirmövsüm ağa” ziyarətgah-məscidi;
Nizami rayonu - “Keşlə” qəsəbə məscidi;
Nəsimi rayonu - "Əjdərbəy” məscidi;
Sumqayıt şəhəri - “Cümə” məscidi;
Gəncə şəhəri - “İmamzadə” ziyarətgah-məscidi;
Mingəçevir şəhəri - “Heydər” məscidi;
Şəki şəhəri - “Сümə” məscidi;
Lənkəran şəhəri - “Böyük Bazar” məscidi;
Bərdə şəhəri - “Cümə” məscidi.

Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR
Bakıda Aşura mərasimi - FOTOLAR



5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___