Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abşeron sakini güllələnərək qətlə yetirildi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
Tarix: 12-10-2016 | Saat: 14:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

Abşeron sakini güllələnərək qətlə yetirildi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

14:06

Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.
Onlar "söhbət etmək" üçün kafedə görüşüblər.
Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.
O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.
T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.

---------

09:36

Abşeron rayonunda qətl törədilib.

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi "Vinçester" markalı silah götürülüb.

Qətlin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Öldürülən şəxsin iş adamı olduğu qeyd olunub.

Abşeron sakini güllələnərək qətlə yetirildi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___