Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 17 yaşlı oğlan qız üstündə ölümcül döyüldü - Foto
Tarix: 11-10-2016 | Saat: 21:28
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda 17 yaşlı oğlan qız üstündə ölümcül döyüldü - Foto

Bakıda 17 yaşlı oğlan döyülüb.

"Xəbəraz.az "Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə yeniyetmənin anası sosial şəbəkədə məlumat yayıb. Qadın qeyd edib ki, oğlu qız üstündə bu vəziyyətə salınıb:

“Oktyabrın 3-də 4 nəfər övladımı ölümcül döyüb. Aldığı güclü zərbələrdən onun kəllə əsasını təşkil edən sümüklər və çənəsi sınıb, beyni silkələnib. Artıq 8 gündür ki, xəstəxanadadır. Şənbə günü əməliyyat olunanda ürəyi tab gətirmirdi, həkimlər zorla həyata qaytara bildilər. Polis də məsələni yubadır. Onların valideynləri isə bir dəfə də olsun zəng edib, oğlumun səhhəti ilə maraqlanmırlar”.

Ananın iddiasına görə, yeniyetmələr onun oğlunun sevgilisinə sataşıblar. Oğlan isə məsələyə aydınlıq gətirmək istəyib: “Oğlum danışmağa tək gedib. Onlar isə 4 nəfər olublar. Oğlumu daşla döyüblər”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.




Xəbəri paylaş

9558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___