Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistanın Ermənistanı tanımaması... - Səfir
Tarix: 07-10-2016 | Saat: 19:15
Bölmə:Karusel / Siyasət / Bizim seçim | çapa göndər

Pakistanın Ermənistanı tanımaması... - Səfir

Pakistanın Baş naziri Nəvaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Baş nazir Nəvaz Şərifə çatdırıb. O, dövlətimizin başçısının Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

Səfir ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birinin mövqeyini dəstəklədiklərini qeyd edərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb. Diplomat Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə Təmas Qrupunun üzvü kimi bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasına tərəfdar olduğunu bildirib.

Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələrin xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq bu layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Nəvaz Şərif salamlarını və ehtiramını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Azərbaycan dövlətinin başçısı ilə yaxın dostluq əlaqələrinin olduğunu vurğulayıb. O, Davos Forumunda və digər yüksək səviyyəli tədbirlərdə dövlətimizin başçısı ilə görüşlərini xatırlayıb. Baş nazir Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalqın qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.

Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu bildirən Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Nəvaz Şərif iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, ticari-iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın və imkanların olduğunu bildirib.

Pakistanın Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişafını dəstəklədiyini bildirən Nəvaz Şərif Əli Əlizadayə səfir kimi fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Pakistan Baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___