Polis "Range Rover"dəki ailəni ölümdən xilas etdi - Video
Tarix: 07-10-2016 | Saat: 15:11
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Dünən günorta saatlarında yol polisləri Bakı-Qazax yolunda yol qəzasının qarşısını alıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə sürücü Şirin Qasımov Avtosfer.az-a danışıb. Onun sözlərinə görə, ötən gün saat 11.30 radələrində Bakı-Qazax yolunun 240-cı km-də - Borsunlu-Dəlməmmədli yaşayış məntəqəsi ərazisində idarə etdiyi "Rənc Rover" markalı 10 UE 040 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Bu zaman onu 99 YP 889 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri saxlayıb:
"Mən həyat yoldaşımla birlikdə üzü Qazax rayonu istiqamətində hərəkət edirdim. Özüm də hiss etmədən sükan arxasında mürgüləməyə başlamışam. Yol polisləri arxadan görüblər ki, maşın yolda sağa-sola gedir. Saxlatdılar. Özüm də etiraf etdim ki, sükan arxasında yuxulayırdım. Məni yol polisi postuna dəvət etdilər. "Zazalı postu" kimi tanınan yerə sürdüm. Orada əl-üzümü yumaq üçün yer göstərdilər. Sonra təklif etdilər ki, dincəlmək üçün otaq var. Mən bilmirdim. Orada öyrəndim ki, yol polisi rəhbərliyinin göstərişi ilə sürücülərin yorğun olduğu zaman və yuxulayanda gəlib postlarda dincəlməsi üçün şərait yaradılıb. Mən postda bir az dincələndən sonra polislərə təşəkkür edib yoluma davam etdim. Ən çox qorxduğum o oldu ki, maşında tək deyildim, ailəm də yanımda idi. Bir qəza olsaydı, Allah bilir nələr olardı. Mən yol polisləri ilə çox münasibətdə olmamışam. Qayda pozmuram, onlar da saxlamırlar. Bu gün gördüm ki, onlar həqiqətən insanların qeydinə qalırlar. Mənə qarşı çox yaxşı davrandılar, həyatımızı xilas etdilər".
Sürücünü saxlayan yol polisləri Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 8-ci tağımının əməkdaşları olublar.
Təqdim etdiyimiz videodan da göründüyü kimi, "Rənc Rover" markalı avtomobil yolda ziqzaqvari hərəkət edir. Hətta yoldan kənara çıxaraq toz qaldırır. Onların arxasınca gələn yol polisi əməkdaşları bunu gördükdə sürücünün sükan arxasında yuxuladığını və ya sərxoş olduğunu zənn edərək "saxla" işarəsi verirlər. Bundan sonra avtomobil dayanır və sürücüyə yaxınlaşan inspektor onunla söhbətdən sonra posta dəvət edir. Videoda sürücünün postda əl-üzünü yuduğu, bir qədər dincələndən sonra yoluna davam etdiyi da əksini tapıb.
Həmin görüntüləri təqdim edirik:
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

23-08-2016, 10:00
Obamanın sevgi filmi nümayişə hazırdır + video
9-08-2023, 13:30
DYP-dən səyahət turları təşkil edənlərə MÜRACİƏT
24-03-2022, 12:37
Suyu ilıq içməyin orqanizmə 7 faydası
14-02-2017, 11:18
Tarixdə bu gün - Milli televiziyamızın yarandığı gün
2-08-2015, 20:59
Ən məşhur kəndimiz sel sularına qərq oldu (VİDEO)
17-05-2021, 16:41
Bəzi yerlərdə xarici dil səslənməsində problemlər olub - Buraxılış imtahanları ilə bağlı narazılıqlar qalmaqdadır
6-06-2016, 14:31
Erməni komandir qondarma baş naziri döydü – Foto
6-08-2020, 10:09
Düşmən yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
17-09-2017, 09:27
Üzümüzə gələn qış son 100 ilin ən soyuq qışı olacaq .
19-02-2016, 14:55
Amerikalılar Rusiyaya elə də pis baxmır